Fontu böyüt:
Yaxın vaxtlarda «Bakcell» və «Azercell» şirkətləri də 3G texnologiyası üzrə xidmətlər göstərmək üçün lisenziya alacaq. Bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. Onun sözlərinə görə, artıq hər iki şirkət lisenziya almaq üçün hazırlıqları başa çatdıraraq nazirliyə müraciət edib: “Onlar ən yaxın vaxtlarda bu lisenziyanı alacaqlar”.
Qeyd edək ki, hazırda Azərbaycanda “Azerfon” şirkəti 3G xidməti göstərir.