Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rəqəmsal yayım formatına keçid üzrə təlimat hazırlayır.
Nazirliyin məlumatında deyilir ki, yaxın günlərə ictimaiyyətə təqdim olunacaq təlimatlarda rəqəmsal yayım və yeni standartlara keçidlə əlaqədar texniki tələblərlə bağlı mühüm informasiyalar öz əksini tapacaq.

Azərbaycanda rəqəmsal yayıma keçid “Azərbaycan Respublikasının ərazisində DVB-T (Digital Video Broadcasting – Terrestrial - efir rəqəmsal yayımın avropa standartı) televiziya yayımının tətbiqi və inkişafı proqramı çərçivəsində həyata keçiriləcək.
ITU (International Telecommunication Union – Beynəlxalq Telekommuniksiya Birliyi) qarşısında götürdüyü öhdəliklərinə uyğun olaraq Azərbaycan tam olaraq rəqəmsal yayıma 2015-ci ilə qədər keçməli idi, lakin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi proqramı 2013-cü ildə yerinə yetirməyi qərar alıb.
“Teleradio” İstehsalat birliyi artıq əhalinin 85%-ni rəqəmsal teleyayımla təmin edə biləcək infrastruktur yaradıb. 2012-ci ilin sonuna kimi ölkənin ucqar əraziləri və əhali məskunlaşan məntəqələrini rəqəmsal siqnalla əhatə edilməsi planlaşdırılır.
Analoq yayım rəqəmli yayıma keçid tam başa çatdıqdan sonra ləğv ediləcək. Nəzərə alsaq ki, analoq televiziya aparatları ölkədə çoxluq təşkil edir, bir çox izləyicilər DVB-T standartlı rəqəmli televiziya yayımı üçün dekoderlər almaq lazım gələcək.
Belə dekoderləri yerli “Kür” şirkəti bazara çıxartmağa hazırlaşır. Şirkətin verdiyi məlumata görə, avadanlığın qiyməti 30-40 manat təşkil edəcək.