Fontu böyüt:
Dekabrın 19-dan etibarən "Azercell" abonentləri Bakı Metropoliteninin hər bir hissəsində telefondan istifadə edə biləcəklər.
Çünki dekabrın 19-dan etibarən artıq metro stansiyaları bütünlüklə "Azercell"-in əhatə dairəsinə daxil olacaq.
"Azercell" Azərbaycanda ilk dəfə olaraq hələ 2000-ci ildə Bakı Metropoliteninin bütün stansiyalarını əhatə dairəsinə alaraq, abonentləri üçün metro stansiyalarının platformalarında danışmaq imkanı yaratmışdı. Tədricən, eskalatorlarda da mobil rabitə xidməti istifadəyə verildi.
Lakin abonentlərinə tam rahatlıq və keyfiyyətli rabitə bəxş edən "Azercell" bununla kifayətlənmədi və bu il həyata keçirilən layihə sayəsində yalnız platforma və eskalatorlar deyil, həmçinin metro stansiyalarının giriş və çıxışları, həmçinin bütün tunellər də əhatə dairəsinə alındı.
Bundan sonra milyonlarla insanın gündəlik nəqliyyat vasitəsi olan Bakı metrosunda "Azercell" abonentləri tam rahatlıqla mobil rabitədən istifadə edəcəklər. ƿn önəmlisi isə odur ki, qatar tunelə daxil olduqda, abonentlər söhbəti yarımçıq kəsmək məcburiyyətində qalmayacaq, məhz "Azercell"-in təqdim etdiyi rabitədən tam rahatlıqla yararlana biləcəklər.
Qeyd edək ki, fəaliyyətə başladığı 1996-cı ildən etibarən "Azercell" MMC daim təqdim etdiyi rabitənin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində müxtəlif layihələr həyata keçirib. Bu müddət ərzində əhalinin 99 faizi, respublika ərazisinin isə 80 faizə yaxın hissəsi (işğal olunmuş əraziləri çıxmaq şərtilə) "Azercell"-in əhatə dairəsinə daxil edilib.
Abonentlərinə tam rahatlıq arzulayan "Azercell" MMC respublika üzrə radio baza stansiyalarının sayını da artırıb və bu yaxınlarda sayca 1500-cü baza stansiyası quraşdırılacaq. "Azercell" MMC bundan sonra da abonentlərinə yüksək keyfiyyətli rabitənin təqdim edilməsi istiqamətində işini davam etdirəcək. mak.az
xeberler.az/Ellada