21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Ötən həftə Vilnüs şəhərində keçirilən İnternetin İdarəolunması Forumunda Avropa İttifaqı tərəfindən Qlobal Şəbəkənin idarə edilməsinə dair əsas prinsiplər toplusu təqdim olunub.
Avropa İttifaqı bütün ölkələri yeni prinsiplərə riayət etməyə çağırır.
İnternet haqqında müqavilə layihəsində Şəbəkənin idarə edilməsi üzrə əsas amillər öz əksini tapıb. Buraya həmçinin hər bir ölkə tərəfindən internetin texnoloji baxımdan dəstəklənməsi, eləcə də söz azadlığı hüquqlarının və şəbəkə neytrallığı prinsiplərinin (yəni bütün internet-trafikə eyni hüquqlar) qorunması daxildir.
Bundan əlavə, layihənin müəllifləri təhlükəli məqamların aşkar olunması və aradan qaldırılması, eləcə də şəbəkələrin mümkün kiberhücumlardan qorunması məqsədilə müxtəlif ölkələr arasında beynəlxalq əməkdaşlığın vacibliyi haqqında xəbərdar edir.
Sənəddə deyilir ki, “şəbəkələrarası əlaqələrin infrastruktur, xidmət və kontent baxımdan təmin olunması məqsədilə internetin fundamental funksiyaları və əsas prinsipləri internet-arxitekturasının bütün təbəqələrində saxlanılmalıdır”
mənbə: mincom.gov.az