İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Kataloq.net-də online fitrə

09.09.2009 [12:10]

Fontu böyüt:      

Kataloq.net-in başlatdığı bu xeyirxah aksiya Xeyriyyə uşaq cəmiyyəti olan “SOS Uşaq kəndləri Azərbaycan” Assosasiyası ilə birgə həyata keçirilir. Aksiya bir həftə müddətində davamedəcək.

Hamıya məlumdur ki, hazırda müqəddəs Ramazan ayını yaşayırıq.Ramazan ayında oruc tutmaqla bərabər, ibadətlərimizi də artırırıq, Quran oxuyurq, kasıblara və kimsəsizlərə əl tuturuq, sədəqə veriririk. Bir sözlə Allaha daha yaxın olmağa çalışırıq. Bunlar isə bizə Peyğəmbərimizdən (s.a.s) miras olaraq qalmışdır, biz də onlar kimi bu mübarək aydan səmərəli istifadə etməyə çalışırıq. Ramazan ayında bizə vacib olan fitrə zəkatı (sədəqəsi) də vardır ki, bunu hər bir müsəlman verməlidir.

Bu zəkat Ramazan ayının son günlərində bayram namazına qədər kasıblara verilməlidir. Fitrə zəkatını bayramdan sonraya saxlamaq olmaz. Fitrə ödəyən insan özü ilə birlikdə kiçik uşaqlarının və himayəsində kimsə varsa onların da fitrə zəkatını ödəməlidir.

Təəssüf ki, müasir dövrə iş problemləri,ailə qayğıları ilə əlaqədar insanlar fitrə zəkatlarını vaxtı-vaxtında çıxardıb ehtiyacı olan şəxslərə verə bilmirlər.Lakin narahatlığa əsas yoxdu, hər zaman öz yenilikləri ilə istifadəçilərinin rahatlığını düşünən və onları sevindirən kataloq.net bu dəfə xeyirli bir işə vasitəçi oldu. Belə ki, saytda yerləşdirilən "fitrə online" düyməsi vasitəsilə istifadəçilər bundan sonra online olaraq fitrələrini çıxarda biləcəklər.

Layihə rəhbəri Vahid Qasımovun xeberler.az-a verdiyi məlumata əsasən belə bir xeyirxah işdə vasitəçilik etməkdə əsas məqsəd həm istifadəçilərin işini asanlaşdırmaq, həm də həqiqətən yardıma möhtac insanlara yardım göstərməkdi.

Kataloq.net-in başlatdığı bu xeyirxah aksiya Xeyriyyə uşaq cəmiyyəti olan “SOS Uşaq kəndləri Azərbaycan”  Assosasiyası ilə birgə həyata keçirilir. Aksiya bir həftə müddətində davamedəcək. Ola bilər ki, gedişat müddətində başqa qurumlar da aksiyayada iştirak etsin.

Vahid Qasımov, həmçinin bildirdi ki, bu tip aksiyaların gələcək illərdə də davam edəcəyi planlaşdırlır.Hətat növbəti illərdə bir sıra müsəlman xeyriyyə təşkilatları ilə də əməkdaşlıq nəzərdə tutulur.

Kataloq.NET 2006-cı ildə yaranmış, məqsədi Azərbaycana aid məlumat resurslarının vahid bir verilənlər bazasında toplamaq, və azərbaycan dilli İnternet istifadəçilərinin onlardan rahat və universal şəkildə istifadə etmələrini təmin etməkdir.

“SOS Uşaq Kəndləri Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf İnternational” humanitar təşkilatına daxildir. “SOS Kinderdorf İnternational” təşkilatı valideyn himayəsindən, valideyn qayğısından məhrum olan uşaqları irqindən, milliyyətindən və dinindən asılı olmayaraq daimi yaşayış yeri ilə təmin edir və onları cəmiyyətə müstəqil vətəndaş kimi hazırlayır.

xeberler.az olaraq sizi də bu xeyirxah aksiyada iştirak etməyə və bu müqəddəs günlərdə yardıma möhtac insanları sevindirməyə səsləyirik.Allah qəbul eləsin!


xeberler.az/Ellada
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar