Fontu böyüt:
Sentyabrın 8-də ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Mikloş Haraştinin nəşr etdiyi “Medianın özünütənzimlənməsinə dair təlimat kitabçasının” Azərbaycan versiyasının təqdimat mərasimi keçirilib.
Tədbirdə çıxış edən M.Haraşti bildirib ki, dünyanın ən məşhur media ekspertlərinin fikirlərinin yer aldığı kitabça 10 dilə tərcümə edilib. “Medianın özünütənzimlənməsi mətbuatın peşəkarlığı baxımından vacibdir. Yalnız peşəkar mətbuat azad media sayıla bilər” – deyən M.Haraşti onu da vurğulayıb ki, jurnalistlərin səhvlərinin kriminallaşdırılmasının yaxın vaxtlarda Azərbaycanda da sona yetəcəyinə ümid edir: “Özünü tənzimləyən media hökumət tərəfindən cəzalandırılan mediadan qat-qat üstündür” – deyən Haraşti Azərbaycanda böhtana görə cinayət məsuliyyətinin aradan qaldırılmasını arzu edib.
Mətbuat Şurasının önəmi haqda da danışan Mikloş Haraşti deyib ki, Mətbuat Şurası hökumətlə media arasında vasitəçi olmaqla kifayətlənməməli, həm də medianın müdafiəçisi rolunu oynamalıdır.