İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Qətliam günü yaranan informasiya blokadası-Ekspertlər bu barədə nə düşünür?

01.05.2009 [16:23]

Fontu böyüt:      

Neft Akademiyasında baş verən terror hadisəsindən dərhal sonra mobil rabitədə və internet sistemində problemlər yarandı. Telefonla danışmaq, saytları açmaq müşkülə çevrildi. Ən ağrılı məqam isə hadisə baş verən dəqiqələrdə televiziyaların operativ informasiya verməməsi idi.

Neft Akademiyasında baş verən terror hadisəsindən dərhal sonra mobil rabitədə və internet sistemində problemlər yarandı. Telefonla danışmaq, saytları açmaq müşkülə çevrildi.
Ən ağrılı məqam  isə hadisə baş verən dəqiqələrdə televiziyaların operativ informasiya verməməsi idi. Dünən saat 11:30 qədər telekanallar ancaq şou, əyləncə proqramları və teleseriallar verirdi.

Xəzər TV və İTV-də muğam, ATV-də kliplər, Az.TV-də konsert, ANS-də Nisə Qasımovanın «Xoş vaxt olun» proqramı yayımlanırdı. Faciədən yarım saat sonra ATV Aygun Kazımovanın «Xeyir ola» şousunu təkrarını efirə vermişdi. Az.TV isə «Xəbərlər» proqramında dövlət başçısının Avropaya səfərindən süjetlər verirdi.

Ancaq SNN-Türk başda olmaqla Türkiyənin əksər televiziyaları Azərbaycan paytaxtından birbaşa xəbərlər yayımlayırdılar. Yerli telekanallardan yalnız saat 12 xəbər buraxılışlarında ANS və İTV terror hadisəsi barədə məlumat verdi.
Niyə fors major vəziyyətdə Azərbaycanda rabitə və internet sistemi işləmədi? Telekanallar əhalini operativ informasiya ilə təmin etmədi?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirdi ki, istənilən ölkədə informasiya artanda informasiya resurslarına giriş artır: «Ancaq ölkənin informasiya təhlükəsizliyi nöqteyi-nəzərindən yanaşsaq, informasiya resurslarına giriş və telefon əlaqələri ilə sərbəst istifadə həmişə əlçatan olmalıdır. Yəni informasiya sistemləri elə qurulmalıdır ki, fors-major situasiyalarda yaranacaq problemlər nəzərə alınsın». O.Gündüzün sözlərinə görə, söhbət internet resurslara müraciətlərin normal səviyyəyə çatdırılmasından gedirsə, giriş-çıxış trafikləri yetərli olmalıdır: «Konkretləşdirsək, internet kanalının həcminin artırılmasına ehtiyac var. Eyni zamanda, hökumətlə bərabər informasiya resurslarının sahibləri də fors-major situasiyalarına hazır olmalıdırlar. O cümlədən mobil operatorları və telefon şəbəkəsi istifadəçiləri standartlara əməl etməlidirlər».

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri Rüfət Gülməmmədov isə internet sistemində heç bir yüklənmə baş vermədiyini deyib. Şöbə müdiri «Mediaforum»a bildirib ki, xəbər saytlarına girişin çətinləşməsi internetin zəif işləməsi kimi başa düşülməməlidir: «Bu, saytların serverlərinin özü ilə əlaqəlidir. Ekstremal şəraitdə saytlardan məlumat almaq istəyənlərin sayı çoxaldığına görə serverdə yüklənmə baş verir və saytlara giriş ağırlaşır. Yüklənmə yalnız xəbər saytlarında baş verib. Həm də bu cür hadisələr təkcə Azərbaycanda deyil, dünyanın istənilən ölkələrində baş verir».

Televiziya mütəxəssisi Zeynal Məmmədli telekanalların faciə baş verən zaman operativ işləməməsini iki amillə əlaqələndirdi: «Birinci amil qeyri-peşəkarlıqdırsa, ikincisi müstəqil olmamaqdır. Telekanallar hansısa xəbərin verilməsi ilə əlaqədar hakimiyyət mərkəzindən icazə almalıdırlar. Mən inanmıram ki, Azərbaycan televiziyaları Neft Akademiyasındakı faciədən çox gec xəbər tutublar. Amma xəbər tutsaydılar belə, şifahi formada məlumatı yayıb sonra gün ərzində vəziyyəti diqqətdə saxlaya bilərdilər». Z.Məmmədli dedi ki, əgər ölkədə ictimai rəy önəmli rol oynamayanda, insanlar televiziyarda hansı proqrama baxdıqlarının fərqinə varmayanda və öz hüquqlarını tələb etmək səviyyəsində olmayanda elektron KİV-lər də bu şəklə düşür: «Onsuz da informasiyanı gizlətmək mümkün olmayacaqdı. Ona görə də telekanalların operativ olmamasında müstəqillikdən çox qeyri-peşəkarlıqları rol oynayır. Necə yəni, paytaxtın mərkəzində gəncləri qətl edirlər, amma televiziyalar susur. Heç olmasa, anons verməliydilər ki, önəmli xəbər gözlənilir və bundan sonra proqramlar dəyişdirilməliydi». BizimYol


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar