21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Tacikistanda bir neçə müxalifyönlü internet KİV-lərin saytlarına giriş məhdudlaşdırılıb. Belə ki, “Avesta.tj”, “Fergana.ru” və “Centrasia.ru” saytlarına Tacikistan ərazisindən daxil olmaq mümkün deyil. Ölkənin ən böyük internet-provayderi olan “Tadjiktelecom Technolgy” şirkətindən bildiriblər ki, bu məhdudiyyət ölkənin rabitə və informasiya nazirinin yazılı məktubuna əsasən həyata keçirilib. Nazirlik isə bu xəbəri şərh etməkdən imtina edib.
Xatırladaq ki, bundan bir qədər əvvəl də ölkənin mərkəzi nəşriyyatı hakimiyyətin göstərişi ilə bir neçə müxalifət qəzetini çap etməkdən imtina edib.
Müşahidəçilər isə hesab edir ki, ölkə hakimiyyətinin bu addımı sentyabrın 22-dən başlayaraq Rəşt bölgəsində həyata keçirilən hərbi əməliyyatlarla bağlıdır. Belə ki, hakimiyyət bir neçə dəfə jurnalistləri vətənpərvər olmamaqda və hadisələri birtərəfli işıqlandırmaqda ittiham edib.
mənbə: inradio.az