İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda toy saytı fəaliyyətə başladı

06.11.2009 [21:25]

Fontu böyüt:      


Qafqazda ilk dəfə olaraq “Biz production”ın istehsalı olan www.toylar.biz portalı Azərbaycanda istifadəyə verilib. Bu barədə Productionun icraçı direktoru, telejurnalist Nicat Qafuroğlu məlumat verib. N.Qafuroğlu bildirib ki, əsas məqsəd toy etmək istəyənlərin işini asanlaşdırmaqdır.

N.Qafuroğlu,həmçinin bildirib ki, yeni istifadəyə verilən www.toylar.biz saytında arzulanan müğənnidən tutmuş tamadaya qədər, saç ustasından gəlin maşınlarına qədər seçim imkanı yaradılıb.

“Artıq toydan əvvəl şadlıq sarayını seçmək üçün saatlarla vaxt itirib, ora-bura getmək lazım deyil. Nə də ki, gəlin və ya bəyin paltarının alınması üçün mağazaları gəzməyə ehtiyac var. Söhbət hansısa xarici ölkədən deyil, məhz Azərbaycandan gedir”, - deyən N.Qafuroğlu www.toylar.biz internet portalının nəinki Azərbaycanda, o cümlədən Qafqazda yeganə toy saytı olduğunu bəyan edib.

Saytda diqqət çəkən bölmələrdən biri də, “Bəy-Gəlin” filmidir. Bu sahədəki sifarişləri «Biz production»un nəzdindəki Film Mərkəzi icra edir. Filmin müddəti istəkdən asılıdır. Müxtəlif məkanlarda, romantik süjetlərlə zəngin filmin iki baş qəhrəmanı var: Bəy və Gəlin.
www.toylar.biz saytının “Cehiz” bölməsində isə müxtəlif mağazaların məhsulları nümayiş etdirilir.

Hazırda ANS telekanalında yayımlanan “Toylar Kraliçasi” verilişinin sponsoru olan www.toylar.biz saytında toylarla bağlı maraqlı məlumatlar, həmçinin gənc ailələrə mütəxəssis məsləhətləri də yer alıb.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar