İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

CES 2012 sərgisi işə başladı

11.01.2012 [13:19]

Fontu böyüt:      

ABŞ-ın Las-Veqas şəhərində dünyanın ən iri istehlak elektronikası sərgilərindən biri - Consumer Electronics Show (CES) 2012 öz işinə başlayıb
ABŞ-ın Las-Veqas şəhərində dünyanın ən iri istehlak elektronikası sərgilərindən biri - Consumer Electronics Show (CES) 2012 öz işinə başlayıb.

Tədbirin təşkilatçısı qismində İstehlak Elektronikası Assosiasiyası (CEA) çıxış edir.

Dünyanın aparıcı yüksək texnologiyalar şirkətləri sərgidən ənənəvi olaraq kompüter və məişət texnikasının, eləcə də mobil elektronikanın daha maraqlı yeniliklərinin nümayişi üçün istifadə edirlər.

RİA Novosti-nin məlumatına görə, dünyanın 140 ölkəsinin 2700-dən çox şirkətinin iştirak etdiyi CES 2012-də müzakirə ediləcək başlıca mövzulardan biri mobil elektronika olmalıdır. Bir sıra şirkətlər sərgidə Android platformasının yeni versiyası Ice Cream Sandwich əsasında qurğular, dördnüvəli ARM prosessorlu planşetlər və LTE texnologiyasını dəstəkləyən smartfonlar təqdim etməyə hazırlaşırlar.

Bundan başqa, yüksək məhsuldarlığı ilə seçilən nazik və yüngül noutbukların – “ultrabuk” modellərinin nümayişi gözlənilir.

Mobil elektronika sektoruna əhəmiyyətli təsiri Microsoft korporasiyasının 2012-ci ilin sonunda bazara çıxarmağa hazırlaşdığı Windows 8 əməliyyat sistemi də göstərməlidir. Tədbirdə bu platformanın bazası əsasında işlən həm personal kompüterlər, həm də planşetlər nümayiş etdiriləcək.

Qeyd edək ki, CES 2012-də istehlak sektorunun maraqlı yeniliklərindən biri Samsung və LG şirkətlərinin istehsalı olan və tədricən kütləvi bazara çıxan iriformatlı OLED (orqanik işıq diodları) televizorlar olmalıdır.  

Bu il sərgidə rekord sayda avtomobil sənayesi şirkətləri, o cümlədən Audi, Chrysler, Ford, Daimler iştirak edir. Bu, avtomobillərə getdikcə daha çox elektron komponent və kommunikasiya vasitələrinin inteqrasiya etməsini əks etdirən əsas amillərdən biridir.

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar