21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan Media Mərkəzi bir qrup yerli jurnalistin cari ilin sentyabr ayında İsveçdə keçiriləcək parlament seçkilərindən sonrakı durumu işıqlandırmaq üçün Stohkolma səfərini təşkil edir. Bu səfərdə iştirak edəcək jurnalistlər müsabiqə yolu ilə seçiləcəklər. Müsabiqədə iştirak etmək üçün aşağıdakı mövzularda yazılar təqdim olunmalıdır:
- Seçki kampaniyası dönəmində KİV-də hansı qara PR üsulları ilə rastlaşmaq olar
- Seçki kampaniyası dönəmində yeni medianın açdığı imkanlardan necə yararlanmaq olar
- Jurnalistlər seçki dönəmində işlədilən siyasi texnologiyalardan necə duyuq düşməlidir
Səfər çərçivəsində azərbaycanlı jurnalistlər İsveçdən olan millət vəkilləri, jurnalistlərə görüşlər keçirəcək, seçkilərin işıqlandırılması qaydaları barədə təlimlər keçəcəklər.
Müsabiqədə iştirak etmək istəyən jurnalistlər məqalələri ilə yanaşı xarici pasportlarının surətini və müsabiqəyə nə üçün qatılmaq istəyirlər izahlı məktubu Azərbaycan Media Mərkəzi, Dilarə Əliyeva küçəsi 218 ünvanına, Media Mərkəzinin layihələr üzrə koordinatoru Seymur Kazımovun adına göndərmələri xahiş olunur. Müsabiqənin son tarixi 29 avqust, 2010-cu ildir.
Yazının minimum həcmi 1000 sözdən ibarət olmalıdır.
Qeyd edək ki, müsabiqəyə təqdim olunmuş yazıları müvafiq münsiflət heyəti qiymətləndirəcək. Nəticələr 15 sentyabr, 2010-cu il tarixdən gec olmayaraq Azərbaycan Media Mərkəzinin rəsmi internet saytında elan olunacaqdır. İsveçə səfər cari ilin oktyabr ayında reallaşacaq.
Səfərdən qayıdan jurnalistlər noyabr ayında Azərbaycandakı parlament seçkilərini işıqlandırmalı və İsveç səfərinin nəticələri ilə bağlı görüşlər keçirib həmkarlarını məlumatlandırmalıdırlar.