Fontu böyüt:
Gələn həftə nəşr olunacaq kitab “Wikileaks”-i ifşa edəcək.
Kompyuter mütəxəssisi olan “Wikileaks”-ın keçmiş spikeri Daniel Domşeit “Wikileaks”-in iç üzünü açacaq" dediyi kitabı gələn həftə oxucularına təqdim edəcək. Kitab 16 ölkədə eyni anda nəşr olunacaq
Alman naşir Ekon Verlagın sözlərinə görə, kitab Almaniya, Avstraliya, Cənubi Koreya, İngiltərə və digər 12 Avropa ölkəsində 11 fevralda nəşr olunacaq. Bundan dörd gün sonra, yəni ayın 15-də Yaponiya, Braziliya və Rusiyada işıq üzü görəcək.
Məlumata görə, kitabda “Wikileaks”-in bu vaxta qədər açıqlanmayan detalları yer alıb.
Naşirlər kitabın “Wikileaks”-ın yaranması, maliyyə qaynaqları, mübarizəsini və Domşeit ilə Assank arasındakı rəqabəti ortaya qoyacağını bildiriblər.
“Wikileaks”-ın yeni spikeri olan Kristinn Hrafnsson isə kitabla bağlı heç bir münasibət bildirməyib.