Fontu böyüt:
Google, Yahoo və Microsoft ABŞ-ın ən məşhur video icarə portalı olan Hulu-nu almaq üçün danışıqlara başlayıblar. Abunəliklə video yayımı həyata keçirən sayt satışa çıxan kimi rəqabətə səbəb olub. Yahoo-dan sonra Google da servislə maraqlanıb və danışıqlara başlayıb.
Microsoft=un da daxxil olduğu bu üçlükdən başqa digər alıcılarla da danışıqlar aparılır.
Google sistemi youtubla birləşdirməyi düşündüyü halda, Microsoft Xbox 360-lar üçün yeni açılacaq TV servisinə əsas olaraq sistemi almaq istəyir.
Hulu mütəxəssislər tərəfindən 2 milyard dollara qiymətləndirilir.