İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Sensorlu noutbuklara tələbat azdır

28.11.2013 [23:44]

Fontu böyüt:      

Sensor displeylərlə təchiz edilən noutbuklara tələbat çox azdır. Belə ki, “NPD DisplaySearch” analitik şirkətinin məlumatına görə, 2013-cü ilin ilk 6 ayında bu cür qurğuların bütün qurğuların ümumi satış həcmində payı 7 faiz təşkil edib.
Sensor displeylərlə təchiz edilən noutbuklara tələbat çox azdır. Belə ki, “NPD DisplaySearch” analitik şirkətinin məlumatına görə, 2013-cü ilin ilk 6 ayında bu cür qurğuların bütün qurğuların ümumi satış həcmində payı 7 faiz təşkil edib. Analitiklərin hesabatı “Windows 8” əməliyyat sistemini “Modern” interfeysli sensor ekranlarla optimallaşdıraraq buraxan “Microsoft” korporasiyasını məyus edə bilər.

Adi modellərlə müqayisədə 2012-ci ildə sensorlu qurğulara tələbat qiymətinin baha olması səbəbindən cüzi olub. Belə ki, adi noutbuk modellərinin qiyməti 400-550 dollar, sensorlu noutbukların 700 dollar təşkil edib. “NPD”-nin baş analitiki Riçard Şimin sözlərinə görə, bu tendensiya indiyədək saxlanılır. Yüksək qiymət və noutbuklarda sensorlu displeylərin tətbiqinin əsaslı izahının olmaması onlara tələbatın artmasını yubadır. Bununla belə, 2013-cü ilin sonunadək sensorlu noutbukların bazarda payının 11 faizədək, 2017-ci ilədək isə 40 faizədək artacağı gözlənilir.

Şirkət nümayəndələri hesab edirlər ki, sensorlu displeylərlə müasir smartfonların, demək olar, hamısı təchiz edilir, odur ki, gec-tez bu texnologiya noutbuklarda da yer alacaq. Bundan başqa, “Intel” nazik ultrabuk istehsalçılarını məhsullarını bu növ displeylərlə təchiz etməyə məcbur edə bilər. 2013-cü ilin birinci yarısında daha çox sensorlu notbuk tədarük edən şirkətlər bunlardır: “ASUS” -1 milyon 650 min (payı 26,3 faiz), “Lenovo” (923 min), “Acer” (846), “HP” (581) və “Sony” (501). (ictnews.az)
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar