Fontu böyüt:
1-2 oktyabr tarixlərində Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN), RİTN-nin Dövlət Radiotezliklər İdarəsi, eləcə də ölkədə fəaliyyət göstərən GSM-, 3G- və CDMA-operatorlarının əməkdaşlarından ibarət Azərbaycan nümayəndə heyəti Tiflis şəhərində Gürcüstanın Kommunikasiya üzrə Komissiyası və bu ölkənin mobil rabitə operatorlarının nümayəndələri ilə mobil rabitə tezliklərinin razılaşdırılmasına dair məsələləri müzakirə edəcək.
Qeyd edək ki, görüş sərhədyanı ərazilərdə həmin tezliklərin kəsişmə hallarının qarşısının alınması və burada normal mobil rabitənin təmin olunması məqsədi ilə keçirilir.
Bu gündən etibarən isə hər iki ölkənin mobil operatorlarının və tezlik spektrinin tənzimlənməsi ilə məşğul olan orqanlarının nümayəndələri Azərbaycan və Gürcüstanın sərhədyanı ərazilərində tezlik kanallarının monitorinqini keçirir.
mənbə: mincom.gov.az