Fontu böyüt:
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altında Azərbaycan nümayəndə heyəti may ayının 10-dan 13-dək Rusiyanın paytaxtı Moskva şəhərində keçiriləcək "Svyaz Ekspokomm-2011" 23-cü Beynəlxalq telekommunikasiya avadanlığı, idarəetmə sistemləri, informasiya texnologiyaları və rabitə xidmətləri sərgisində iştirak edəcək. Respublikanı tədbirdə təmsil edəcək nümayəndə heyətinin tərkibinə həmçinin ölkənin özəl telekommunikasiya şirkətlərinin nümayəndələri də daxildir.
Builki sərgidə Azərbaycan ayrıca pavilyonla təmsil olunacaq. Stendlərdə son illər ərzində respublikanın informasiya texnologiyaları sahəsində məhsulları, xidmətləri, həlləri və əldə olunan nailiyyətləri öz əksini tapacaq.
Sərgi çərçivəsində iştirakçılar Azərbaycanın İT-bazarının imkanları, eləcə də respublikada həyata keçirilən layihələr, xüsusən Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması, Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) və Elektron hökumət haqqında məlumatlandırılacaqlar.