Fontu böyüt:
Facebook hakerlər arasında Hacker Cup müsabiqəsini keçirməyə hazırlaşır.
Qeyd edək ki, müsabiqənin iştirakçılarına proqram və servislərdə mövcud olan boşluqları müəyyən etmək tapşırılmayacaq. Onlar mürəkkəb alqoritmik məsələlərin həllində öz bacarıqlarını nümayiş etdirəcəklər. Məlumatda bildirilir ki, müsabiqədə hər bir kəs iştirak edə bilər. Ərizələr 20 dekabr tarixindən qəbul olunacaq. Müsabiqə 3 onlayn-mərhələ və finaldan ibarətdir. Birinci mərhələ seçmə mərhələsidir. İkinci və üçüncü mərhələlərdə isə 25 ən yaxşı iştirakçı finala vəsiqə qazanacaq. Müsabiqənin final mərhələsi Facebook-un əsas ofisində keçiriləcək.
Finala vəsiqə qazanmış iştirakçıların yol pullarını təşkilatçı öz üzərinə götürüb. Qalib 5000 min dollar və dünya çempionu tituluna sahib olacaq. İkinci və üçüncü yerləri tutan iştirakçılara müvafiq olaraq, 2000 və 1000 dollar, finalda iştirak edən 22 iştirakçının hər birinə isə 100 dollar mükafat təqdim olunacaq. Qeyd edək ki, təşkilatçı müsabiqənin hər il keçiriləcəyini bildirib.