İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycan əhalisi videonəzarət altında olacaq!

12.07.2010 [09:58]

Fontu böyüt:      

Parklar, küçə və prospektlər, yeraltı keçidlər, stadionlar, ticarət və əyləncə mərkəzləri, mehmanxanalar, məscidlər və sair... Diqqət! Sizi çəkirlər!

Nazirlər Kabineti əhalinin sıx toplaşdığı yerlərdə və obyektlərdə videonəzarət sistemlərinin yaradılması barədə qərar verib.

Nazirlər Kabinetindən verilən məlumata görə, Daxili İşlər Nazirliyinin İqtisadi İnkişaf Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Xüsusi Dövlət Mühafizə Xidməti ilə razılaşdırılmış təklifini nəzərə alaraq, Nazirlər Kabineti qərara alıb ki, əhalinin təhlükəsizliyinin, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunması, hüquq qaydasına riayət edilməsi vəziyyətinin fasiləsiz və canlı izlənilməsi, qanunazidd hərəkətlərə, fövqəladə hallara çevik reaksiya verilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin videonəzarət sistemləri quraşdırılsın.

Videonəzarət sistemləri əhalinin sıx toplaşdığı yerlərdə, o cümlədən, parklarda, xiyabanlarda, meydanlarda, küçə və prospektlərdə, yeraltı keçidlərdə, stadionlarda və idman arenalarında, böyük ticarət və əyləncə mərkəzlərində, mehmanxanaların yaxınlığında, məscidlərin, kilsələrin, sinaqoqların, ziyarətgahların və digər kütləvi ibadət yerlərinin bilavasitə yaxınlığında quraşdırılacaq.

Eyni zamanda, qərara əsasən, videonəzarət sisteminin obyektlərdə, o cümlədən, nəqliyyat infrastrukturlarında, yerli və respublika əhəmiyyətli yollarda və avtomagistrallarda, yol ötürücülərində və körpülərdə, avtomobil və dəmir yolu vağzallarında, hava və dəniz limanlarında, dəmir yolu və metro stansiyalarında, platformalarında, avtomobil, habelə sərnişin daşıyan nəqliyyat vasitələrinin park və dayanacaqlarında, sərnişin daşımalarında istifadə edilən nəqliyyat vasitələrində, icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının inzibati binalarının ətrafında, həyat təminatlı mühüm və strateji əhəmiyyətli dövlət obyektlərinin yaxınlığında, mülkiyyət növündən asılı olmayaraq, bank və kredit təşkilatlarının ətrafında, fəaliyyət göstərən xarici ölkələrin diplomatik nümayəndəliklərinin və konsulluqlarının, beynəlxalq təşkilatların nümayəndəliklərinin binaları ətrafında, təhsil müəssisələrinin yaxınlığında, bütün taksofon aparatlarının bilavasitə yaxınlığında quraşdırılması nəzərdə tutulur.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar