İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Azərbaycanda beynəlxalq təhsil və kareyra sərgisi keçirilir

10.09.2009 [14:02]

Fontu böyüt:      

Bu gündən etibarən Sentyabr ayının 12-dək Heydər Əliyev adına İdman və Konsert kompleksində 3-cü Beynəlxalq Təhsil və Karyera sərgisi keçirilir.

Bu gün Bakıda Böyük Britaniyanın «ITE Group» şirkətlərinin Cənubi Qafqazdakı eksklüziv tərəfdaşı olan «İteca Caspian» şirkətinin təşkilatçılığı III Azərbaycan Beynəlxalq «Təhsil və karyera» sərgisi işə başlayıb. Sentyabrın 12-dək davam edəcək sərgiyə dəstək Təhsil, Gənclər və İdman nazirlikləri və Ticarət və Sənaye Palatası tərəfindən verilib.

Sərginin açılış mərasimində çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, ilbəil sərgi iştirakçılarının sayı artır: «Bu ilki sərgidə dünyanın 12 ölkəsindən 53 şirkət təmsil olunur. Bu isə ötən ilki iştirakçıların sayından 25% çoxdur. Sevindirici haldır ki, sərgidə iştirak edən Azərbaycanın təhsil müəssisələrinin sayı da xeyli artıb. Azərbaycanın təhsil müəssisələri sərgi iştirakçılarının yarısını təşkil edir. Bu ilki sərgidə yalnız ali məktəblər deyil, peşə məktəbləri, texnikumlar, hətta orta məktəblər də böyük həvəslə iştirak edir».

Nazir qeyd edib ki, sərgidə nümayiş olunan «Xaricdə təhsil» sektorunda İsveçrə, Böyük Britaniya, Almaniya, Türkiyə, İtaliya, Rusiya, Çexiya, Macarıstan və digər ölkələrdən olan Avropa təhsil müəssisələri geniş şəkildə təqdim edilib. «Hazırda Azərbaycandan xarici ölkələrdə müxtəlif yollarla 10 minə yaxın gənc təhsil alır. Onlardan təkcə 5 min nəfəri Rusiya Federasiyasının ali məktəblərində təhsil alan gənclərdir», - deyə M.Mərdənov vurğulayıb.

Azərbaycanda Uşaq ilinə həsr edilmiş tədbirlər planını gerçəkləşdirməklə, “Education & Career” sərgisinin təşkilatçıları sərgi çərçivəsində uşaq evləri və internatlar üçün kitabların toplanması üzrə “Kitab hədiyyə et!” adlı xeyriyyə aksiyasının keçirilməsini planlaşdırırlar. Demək olar ki, hər birimizin evində bizim ailəmizin rifahına xidmət göstərmiş kitablar var. Sərgiyə gələn ziyarətçilərə təklif olunur ki, bu kitabları uşaq evlərinə və internatlara ötürməklə həmin kitablara ikinci həyat bəxş etsinlər. “Iteca Caspian” şirkəti hamını “Kitab hədiyyə et!” aksiyasında iştirak etməklə uşaqların mütaliəsinə dəstək verməyə, qayğıkeşlik və insanpərvərlik kimi yüksək mənəvi keyfiyyətlər nümayiş etdirməyə dəvət edir. Uşaq evləri və internatlarda tərbiyə olunan uşaqlara kitab hədiyyə etmək arzusunda olan bütün şəxslər kitabları 10-12 sentyabr tarixlərində keçiriləcək Təhsil və Karyera sərgisində təşkilatçıların stendinə təqdim edə bilərlər.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar