Fontu böyüt:
Azərbaycanda ilk dəfə olaraq 17 mart 2009-il tarixində HOTNET simsiz İnternet xidməti, Azərbaycanda ilk onlayn ödəmə sistemini tətbiq edən GoldenPay şirkəti ilə birgə, HOTNET-in simsiz İnternet xidmətlərinin İntrenetdə bank kartları vasitəsi ilə onlayn rejimində ödəməsi imkanı yaradıb.
HOTNET xidmətinin hər bir müştərisi günün istənilən vaxtı xidmətin rəsmi İnternet səhifəsində (www.hotnet.az) «Visa/ Visa Eleсtron» və ya «Mastercard/Maestro» kartları vasitəsi ilə balansını artıra bilər.
Xatırladaq ki, “GoldenPay” sisteminin 2008-ci ilin dekabr ayında “SilverKey Azərbaycan” şirkəti (www.silverkey.az) tərəfindən Azərbaycanın ilk internet ödəmə sistemi kimi təqdimatı olunmuşdur. Bu sistem fəaliyyət göstərmək üçün “Visa” və “MasterCard” beynəlxalq ödəmə sistemləri tərəfindən lazımı tələblərə cavab verir. GoldenPay “Verified by Visa” və “Mastercard SecureCode” lisenziyalarının sahibidir. Təhlükəsizliyin yüksək səviyyədə olması üçün GoldenPay sistemi “VeriSign SSL” şifrələnməsindən istifadə edir.
Daha ətraflı məlumatı www.goldenpay.az/ saytından ələ edə bilərsiniz.