İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Kanal-35”bir ildə 130 film dublyaj edib

03.02.2009 [14:50]

Fontu böyüt:      


“Kanal-35” televiziyasında 2008-ci ilin yanvarın birindən bütün verilişlər Azərbaycan dilində efirə verilir.

Bunun üçün həmin gündən televiziyada “Dublyaj” redaksiyası yaradılıb. “Kanal-35” televiziyasının “Dublyaj” redaksiyasında 231 film tərcümə, 130 film isə dublyaj olunub. Bu fikirləri “Kanal-35” televiziyasının və “Naxçıvanın səsi” radiosunun Baş redaktoru Anar Rəsulov Lent.az-ın bölgə müxbiri ilə söhbətində bildirib.

A.Rəsulov qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən kanallarda Azərbaycan dilində tam yayıma 2009-cu ildən keçməsinə baxmayaraq, “Kanal-35” bölgə televiziyası olsa da 2008-ci 01 yanvar tarixindən Azərbaycan dilində yayımlanan verilişlərinə görə paytaxt televiziyalarını da qabaqlayıb. Amma nədənsə mətbuatda bölgə televiziyalarına münasibət paytaxt televiziyalarından fərqlidir. Anar Rəsulov milli-mentalitetə uyğun olmayan verilişlərin televiziyalarda yayımlanmasına da öz münasibətini bildirib. O deyib ki, bu cür verilişlərin efirə getməsi uşaqların və gənclərin əxlaq və tərbiyəsinə pis təsir göstərə bilər. Bu cür verilişləri “Kanal-35” televiziyası yayımlamır.

Xatırladaq ki, “Kanal 35” televiziyası 2004-cü ildən, “Naxçıvanın səsi” radiosu isə 2001-ci ildən fəaliyyətə başlayıb və bölgənin bütün ərazilərində yayımlanır. “Naxçıvanın səsi” radiosunu internet vasitəsilə də www.nsfm.az saytından dinləmək mümkündür.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar