Fontu böyüt:
uTest axtarış sistemlərinin səhvlərini tapmaq məqsədiylə maraqlı bir yarışma təşkil edib. 50 ölkədən olan 1100 nəfər səhv ovçusunun qoşulduğu yarışmada Google birinci olub.
uTest-in təşkil etdiyi yarışmalarda proqram testləri edilir. Nəticələr satıcılarla paylaşılır. Test edənlər yaradıcılıqları, problemləri anlamaları və hesabatlarının keyfiyyətiylə qiymətləndirilirlər. Birinci 400 dollar, beşinci isə 50 dollar qazanır.
Edilən testin nəticələrinə görə, Google əsaslı, aktuallıq və səhifəni sürətli yükləmə baxımından ən yaxşı axtarış sistemi olub. Google-dən sonra isə Bing bəyənilib. Bing ikinci, Yahoo isə üçüncü yerdə olub.
İştirakçıların üçdə biri Bing-i təqdir edib, yüzdə 10-u isə Bingi əsas axtarış mühərriki olaraq istifadə edəcəklərini ifadə edib. Google birinci çıxsa da ən az səhv təsbit edilən axtarış mühərriki 70 dənə səhvlə Yahoo olub. Google-də 130 proqram səhvi tapılıb, bunların yüzdə 8-i kritik dərəcədə əhəmiyyətə sahibdir.
Bingdə çıxan səhv sayı isə 321 olub və bunların yüzdə 14-ü kritik əhəmiyyətə sahib səhvlər olub. Nəzərə almaq lazımdır ki, Bing təzə fəaliyyət göstərir, ancaq Google artıq bu işdə usta sayılır. Bing-in səhvlərini təbii saymaq olar.