Fontu böyüt:
22-27 iyun 2009-cu il tarixlərində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti Koreyanın Seul şəhərində səfərdə olacaq.
Səfərin əsas məqsədi Koreya tərəfi ilə imzalanmış Anlaşma Memorandumun icrası istiqamətində qarşıda duran məsələlərin müzakirəsi, ölkələr arasında elektron poçt sistemi sahəsində əməkdaşlığın inkişafı, poçt sahəsində, xüsusən də poçt-maliyyə xidmətlərinin göstərilməsində tətbiq olunan qabaqcıl təcrübənin öyrənilməsidir.
Bundan əlavə səfər çərçivəsində Azərbaycan nümayəndələri Koreya Poçtunun bir sıra poçt şöbələrində olacaq, poçt xidmətlərinin göstərilməsi zamanı tətbiq edilən yeniliklərlə tanış olacaq, eyni zamanda çeşidləmə mərkəzi və zəng mərkəzlərində görüşlər keçiriləcəklər.