İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

"Bu gün kabel televiziyası sahəsində qanunvericilikdə ciddi boşluq mövcuddur"

03.12.2010 [20:26]

Fontu böyüt:      

"AG Telekom" (KATV1 kabel televiziyasının təsisçisi) şirkətinin və Azərbaycan Kabel Operatorları Assosiasiyasının (AKOA) prezidenti Samir Qurbanovla müsahibəsi... - Azərbaycanda Kabel Operatorları Assosiasiyası yaradılıb. Onun təsisçilərindən biri "AG Telekom" şirkətidir. Azərbaycanda bu təşkilatın yaradılması kabel televiziyası operatorları qarşısında hansı perspektivləri açır? - Bu gün Azərbaycanın kabel televiziyası bazarında 14 şirkət fəaliyyət göstərir ki, onlardan yalnız təxminən beşi nisbətən daha fəaldır.

"AG Telekom" (KATV1 kabel televiziyasının təsisçisi) şirkətinin və Azərbaycan Kabel Operatorları Assosiasiyasının (AKOA) prezidenti Samir Qurbanovla müsahibəsi...

- Azərbaycanda Kabel Operatorları Assosiasiyası yaradılıb. Onun təsisçilərindən biri "AG Telekom" şirkətidir. Azərbaycanda bu təşkilatın yaradılması kabel televiziyası operatorları qarşısında hansı perspektivləri açır?

- Bu gün Azərbaycanın kabel televiziyası bazarında 14 şirkət fəaliyyət göstərir ki, onlardan yalnız təxminən beşi nisbətən daha fəaldır. Sevindirici haldır ki, Azərbaycanın kabel televiziyası bazarının bütün oyunçuları öz aralarında ümumi dil tapırlar və operatorlar arasındakı qarşılıqlı münasibətlərdə bazarın bu seqmentinin inkişaf mərhələlərində Gürcüstan, Rusiya və digər ölkələrdəki kimi çəkişmələr müzakirə olunmur.

Buna baxmayaraq, Azərbaycanın kabel televiziyası bazarında müsbət tendensiyalardan asılı olmayaraq, Kabel Operatorları Assosiasiyasının yaradılmasına ehtiyac yarandı.

Bu gün bir çox hüquq mülkiyyətçiləri hər bir şirkətlə ayrı-ayrılıqda danışıqlar aparmaqdansa, bir nümayəndəliklə danışıqlar aparmağa maraq göstərirlər. Məhz bu AKOA-nın təsis olunduğu zaman ən mühüm aspektlərdən biri oldu. Hələlik yeni təsis olunan assosiasiyanın tərkibinə iki şirkət daxildir, lakin mən ümid edirəm ki, AKOA sıralarına daxil olmaq çağırışımı digər operatorlar da dəstəkləyəcəklər. Şübhəsiz ki, burada söhbət təkcə kabel televiziyası operatorlarından getmir. Assosiasiyanın tərkibinə kanalların hüquq mülkiyyətçiləri, internet-servis provayderləri, bir sözlə, Azərbaycanın telekommunikasiya bazarının bütün oyunçuları daxil ola bilərlər.

Bu gün artıq assosiasiyanın sıralarına daxil olmaqda maraqlı tərəflər var. Bu gün, bizim başqa ölkələrin təcrübəsini öyrəndiyimiz bir vaxtda belə birliyin və qarşılıqlı konsepsiyanın yaradılması üçün yaxınlaşma zəruriliyi hiss olunur.

- Məlumdur ki, bu gün Azərbaycanda kabel televiziyası haqqında qanun olmadığı kimi, onların fəaliyyətini nizamlayan vasitələr də yoxdur. AKOA bu sahədə normativ-hüquqi bazanın formalaşmasında hansı rolu oynaya bilər?

- Həqiqətən də bu gün kabel televiziyası sahəsində qanunvericilikdə ciddi boşluq mövcuddur ki, bunu Milli Televiziya və Radio Şirkəti (MTRŞ) də etiraf edir.

Bu gün Azərbaycanın televiziya və radio yayımı üzrə qanunvericiliyində olan bəndlər bilavasitə yaranma tarixi bir neçə on il olan efir kanallarına aiddir, halbuki yaxın perspektivdə Azərbaycanda rəqəmli televiziyaya keçid başa çatır.

Bu gün, məlum olduğu kimi 2012-ci ildə başa çatmalı olan rəqəmli televiziya formatına keçidlə bağlı arzuolunmaz məqamlardan qaçmaq üçün Azərbaycan üçün vacib məsələ əhalini buna hazırlamaq, yəni son istifadəçidə rəqəmli kontentdən istifadə cihazlarının (dekoderlər) olmasıdır. Güman edirəm ki, assosiasiya çərçivəsində digər ölkələrlə qarşılıqlı fəaliyyət göstərməklə biz öz şəxsi təcrübəmizi artıra biləcəyik ki, bu da qanunvericiliyi təkmilləşdirməyə kömək edəcək.

Daha doğrusu, zərurət yaranarsa, biz dövlət idarələri ilə bu seqmentin təkcə lokal qlobal deyil, eləcə də qlobal xarakterdə olan problemləri üzrə təcrübəni bölüşə və izah edə biləcəyik.

- Bu gün Avrasiya Kabel Televiziyaları Assosiasiyasının yaradılması haqqında niyyət protokolu və AKOA-nın Rusiya Kabel Televiziyaları Assosiasiyasına daxil olması haqqında sənəd imzalanıb. Bu təşkilatlara üzvlük Azərbaycan qarşısında hansı perspektivləri açır?

- Biz bu gün öz bayrağı altında Belarus, Ukrayna, Latviya, Gürcüstan, eləcə də Rusiyanın regional assosiasiyalarını birləşdirən Rusiya Kabel Televiziyaları Assosiasiyasına daxil olmaq haqqında saziş imzaladıq. Bu bizə təcrübə mübadiləsində öz payını verəcək, çünki Rusiya assosiasiyası on ildən artıq təcrübəyə malikdir.

Avrasiya Kabel Televiziyaları Assosiasiyası isə mahiyyət etibarilə müstəqil strukturların assosiasiyasıdır və ümid edirik ki, o bizə təkcə regional səviyyədə deyil, həm də kifayət qədər böyük coğrafi ərazidə mövcud olan problemləri həll etməyə kömək edəcək.

mənbə: Trend


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar