Fontu böyüt:
“AvirTel” şirkəti Qurban bayramı ərəfəsində abunəçilərinə sürpriz edərək ADSL İnternet tariflərində dəyişikliklər edib.
Şİrkətdən verilən məlumata görə, abunəçilər artıq yeni tarif planına uyğun olaraq abunə olduqları İnternet paketinə uyğun ikiqat sürətlə İnternetə qoşula biləcəklər.
Bununla yanaşı, şirkət bayram münasibətilə bütün müştərilərinə və Dial-Up istifadəçilərinə “Pulsuz İnternet” aksiyasını təqdim edib.
Aksiya çərçivəsində “Elmlər Akademiyası”, “Sahil”, “İçərişəhər”, “Əhmədli”, “Gənclik” metro stansiyaları ərazilərində “İnternet Sizə Qurban” adlı kartlar hədiyyə olunub. Bu kartlar abunəçilərin bayram günlərini Avirtel xidməti və diqqəti sayəsində daha maraqlı edib.
Xatırladaq ki, Amerika Telekommunikasiya Şirkətinin Azərbaycandakı filialı olan “AvirTel MMM” 2000-ci ildə “Cybernet Communications” tərəfindən yaradılıb.