Fontu böyüt:
Xebər verdiyimiz kimi Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "RBK daily" qəzetinə müsahibə verib. Azərbaycanın ən müstəqil İKT portalı olan Xeberler.az müsahibəni olduğu kimi təqdim edir.
- Cənab nazir, Azərbaycanda informasiya və rabitə texnologiyalarının inkişaf səviyyəsini necə qiymətləndirdiniz?
- Azərbaycanda İKT-in sektoru İlham Əliyevin prezidentliyi dövründə coşqun inkişaf dövrünü yaşamağa başladı. Cenevrədə 2003-cü ildə, informasiya cəmiyyətinin problemlərinə həsr edilmiş ümumdünya sammitdə çıxış edərkən prezidentimiz, Azərbaycanın əsas məqsədinin insan kapitalını qara qızıla çevirmək olduğunu söyləmişdi. Bu mənada informasiya texnologiyaları bu gün aparıcı rollardan birini oynayır. Azərbaycanda İKT sektorun indiki vəziyyətdə həcminə görə ikinci yeri tutur. Ancaq, dinamiklik və inkişafın sabitliyi üzrə bizim sektorumuz digərlərindən fərqli olaraq şübhəsiz liderdi. Azərbaycanda bu sahə 2003-cü ildən 30-32% orta illik artım sürəti ilə yadda qalıb. 2009-cu il yəni böhran ilindən başqa, dinamik inkişaf 13%-ə qədər azaldı. Son yeddi ildə Azərbaycandakı İKT sektoru böyüdü və bu gün bu sahədə təxminən 1,5 milyarda yaxın pul dövriyyə edir.
- Azərbaycanda 100 sakindən 100-də də telefon var . Buna baxmayaraq fərdi kompüterlərin sayı 15-dir. Bir qədər də sahənin vəziyyətinə əks etdirən rəqəmləri səsləndirərdiniz.
- 2010-cu ildə biz mobil əlaqənin səviyyəsinin 100% inkişafına nail olduq. Biz 2008-ci ildən elan etmişdik ki, respublikanın bütün ərazisində stasionar telefon bağlantısı var, yəni ilk dəfə postsovet məkanında praktik olaraq bütün məntəqələr stasionar telefon bağlantısıyla təmin edildi. Son məlumatlara görə, təxminən 50% respublika sakini İnternet istifadəçisidir. 2010-cu ilin oktyabr ayında bizdə İnternetə genişzolaqlı girişin səviyyəsi 12% təşkil etdi.
- Dövlət hər il İKT sektorunun inkişafına nə qədər sərmayə qoyur?
- Büdcədən ildə 60 milyon dollar ayrılır. Bütovlüklə sektor üzrə investisiyaların orta illik həcmi 300 milyon dollar təşkil edir. Sektora son beş il ərzində 1,5 milyarddan çox sərmayə qoyulub. Bütovlüklə, mənim fikrimcə, sahənin inkişafı ümumi strategiyaya uyğundur. Bizim də ən əsas məqsədimiz 2009-cu ilə qədər bu inkişafı artırmaq və bu sektoru aparıcı sektorlardan birinə çevriltmək idi və bu da alındı. İndi isə, 2013-cü ilə qədər Azərbaycanda İKT sektorunu inkişaf etmiş ölkələrin İKT sektoru səviyyəsinə qaldırmaq planlarımız var. Davosskoqos İqtisadi Formunun məlumatına görə, artıq üçüncü ildir ki, ardıcıl olaraq Azərbaycan İKT sektorunun dinami inkişafına görə MDB ölkələri arasında liderlik edir.
- Rusiya prezidenti Dmitri Medvedev informasiya texnologiyalarının sektorunun VVP -də 3-3,5% olmasını bildirirdi. Azərbaycanda bu hədd artıq götürülmüşdür. Gələcəyə hansı hədəfləriniz var?
- Bizim əsas məqsədimiz 2020-2025 ci illərə qədər İKT sektorundan gələn gəlirin neft sektorundan gələn gəliri keçməsinə nail olmaqdır. Biz bu sektoru iqtisadiyyatın lokomotivinə çevirməyi planlaşdırırıq.
- Siz oriyentir kimi hər hansı modeli götürürsünüzmü? Məsələn, Sinqapur və ya Cənubi Koreya…
- Hər hadisə unikaldır. Biz respublikanın xüsusiyyətlərini nəzərə alaraq qeyri-neft sektorunun inkişafına çalışırıq və, əlbəttə, bunu dünya təcrübəsini diqqətə alaraq həyata keçiririk. Bizim nazirliyimiz üçün işin əsas istiqamətləri müasir infrastrukturun tikintisi, IT- sektorunun inkişafı (şirkətlər, internet-layihələr, yüksəktexnologiyalı qurğuların istehsalları və s.), həmçinin iqtisadiyyatın bütün başqa sahələrinə IT-texnologiyaların inkişafında iqtisadi effektin gücləndirməsi durur. Buna görə də elektron hökumət yaradılır, əhaliyə verilən elektron xidmətlər inkişaf etdirilir. Biz hazırda görülən bu islahatları davam etdirməliyik. Bazarın sonrakı liberallaşdırmasını keçirmək, dövlət telekommunikasiya şirkətlərinin özəlləşdirilməsini qurtarmaq. Bu istiqamətdə müəyyən addımlar atmışıq. Fəaliyyətin bir çox növlərinin lisenziyalaşdırması sistemi sadələşdi və nəticədə - son beş ildə təxminən 500 yeni IT-şirkət bazara daxil oldu. Bu Azərbaycan üçün uğurdur. Bir çox xarici IT-şirkətlərinin artıq bizdə nümayəndəlikləri fəaliyyət göstərir.
- Özəlləşdirmələr üçün daha nələr qalıb?
- Yalnız sabit telefon operatorları. Bu Aztelekom şirkəti və Baktelekomdur. Artıq 2011-ci ildə Açıq Səhmdar Cəmiyyət yaradılacaq və 2012-ci ildən biz səhmləri bazara çıxaracağıq. Sərmayəçilər ciddi və məsuliyyətli olmalıdırlar.
- Siz strateji investorları axtarırsınız yoxsa xalq IPO-u(qiymətli kagizlarin satilmasini) keçirəcəksiniz?
- Sərmayəçilər perspektivdə şəbəkə və xidmətlərin səviyyəsini bütün ölkə ərazisində eyni səviyyədə inkişaf etdirməli, hər hansı regionu, xüsusilə kənd yerlərini kənarda qoymamalıdırlar.
- Rusiyalılar da həmçinin?
- Artıq bununla maraqlanan çoxlu sayda şirkətlər var. Rusiya şirkətləri də bu sıradadır
- Təxminən “Aztelekomun” dəyəri nə qədərdi?
- Hələlik dəqiq demək çətindir, amma düşünürəm ki, 1 milyarddan az olmaz.
- Azərbaycanda bizim Skolkovo-muz tipinin sənaye zonaları varmı?
- Biz bir qədər başqa yol üzrə getməyə qərar verdik. Virtual zona layihəsi bizdə artıq mövcuddur. Azərbaycan kiçik ölkədir, buna görə də biz düşünürük ki, makrotexnoparkomla bütün respublikanı təmin etmək mümkündür. Vergi, gömrük güzəştləri, ucuz kreditlər, bütün lazımlı infrastruktur İKT sahəsindəki biznesin idarə edilməsini yüngülləşdirməli olacaq. Bizim hədəfimiz Azərbaycanın ixracat potensialının genişlənməsidir.Buna görə də, xarici şirkətləri cəlb etməliyik ki, onlar regional ofislərini və nümayəndəliklər bizim ölkədə açsınlar. Hewlett-Packard, Microsoft, Intel, Ericsson, Siemens, Alcatel — bütün bu firmalar artıq burada işləyir. Və çoxları hələ səbirsizliklə güzəştlərin olmasını gözləyirlər. İndi biz onlar üçün rahat mühit hazırlayırıq.
- Nə vaxta qədər onlar gözləyəcəklər?
- Düzünü desək, bu hələ dünən olmalı idi. Ümid edirik ki, 2011-ci ildə layihəni buraxmağı bacaracaq.
- Hansısa bir Azərbaycan texnologiya nou-hausu varmı ki, dünyanı fəth etsin?
- Biz elmi nailiyyətlərin kommersiyalaşmasına imkan yaradan əlverişli mühitin formalaşması üçün çalışırıq. Məsələn, bizdə artıq maşın tərcüməsinin sistemi və dünyada ilk telefon-tərcüməçi yaradılmışdır. Tutaq ki, biz telefonla danışırıq, mən azərbaycanca bir söz deyirəm və siz həmin sözün ingiliscə tərcüməsini eşidirsiniz. Texnikanın bu möcüzəsi 2009-cu ildə Cenevrədəki illik sərgidə "Bakutel-2010" nümayiş etdirmişdi. Bu layihə kütləvi istehsala hazırlanır. Bundan başqa 2010-cu ildə bizim istehsalçılarımız korlar üçün kompyuterin demo-variantını təqdim etdilər. Üstəlik bu kompüterlərin dəyəri 200 dollardı.
- Azərbaycanda investisiyanın fondu varmı?
- Bu günlük belə fondlarin rolunu müəyyən dərəcədə sahibkarlığın və prezident yanında elmin İnkişaf fondu yerinə yetirir. Gələcəkdə bu hədəflər üçün uyğun agentliyin yaradılması planlaşdırılır.
Oxunub: 1 dəfə