İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Yeni media və İnternet haqqında təlimlər layihəsinin növbəti mərhələsi başa çatdı

15.02.2010 [20:51]

Fontu böyüt:      

YazYay layihəsinin təlimləri qeyri-formal metodlarla, nəzəri və praktiki məşğələlər əsasında keçirilir.“YAZ YAY” Bloqlar, İnternetdən istifadə və Yeni media haqqında təlimlər layihəsidir.

Açıq Cəmiyyət İnstitutu və BakıJurnalistika Məktəbinin dəstəyi və 12-14 fevral tarixində  AEGEE-Bakı Avropa Tələbələr Forumu 2Y “Yaz-Yay Məktəbi”nin təşkilatçılığı ilə həyata keçirilən layihəyə blog yazmaq arzusunda olan tələbələr və gənc jurnalistlər cəlb olunmuşdu. 

12-14 Fevral tarixində keçirilən təlim artıq başa çatdı.

Təlim müddətində iştirakçılara:

* "Bloq nədir? Nə üçün YAZmaq lazımdır?
*  Bloq YAZmaq (post növləri, nə yazmalı, necə yazmalı və necə yerləşdirməli)
*  Məşhurlaşdırmaq və YAYmaq  (oxucuların cəlb olunması)
*  Bloqun idarə olunması (istifadə rahatlığı, funksionallıq, əks-əlaqə)
*  Bloq yaratmaq (prinsiplər, ad seçimi, platforma seçimi, )
*  Bloqdan qazanc (Kim qazanır? Nə və necə qazanır?)- kimi mövzularda perezentasiyalar nümayiş olundu və praktik məşğələlər keçirildi. Elə təlimin ən böyük özəlliyi də bundan ibarət idi ki, iştirakçılar nəzəri cəhətdən bloglarla bağlı mənimsədikləri bilikləri,eyni zamanda, praktik olaraq da tətbiq etməyi öyrəndilər.

Təlimçilər İlqar Mirzə və Baba Əliyev təlim boyu mövzu ilə bağlı iştirakçıları maraqlandıran bütün sualları ətraflı cavablandıraraq bloq yazmağın bütün incəliklərini iştirakçıların diqqətinə çatdırdılar.Layihənin kordinatoru Jalə Nəcəfova isə təlimçilərin rahatlığını və təlimdə aktiv iştiraklarını təmin etmək üçün əlindən gələni əsirgəmədi.

Təlimi rəngarəng edən daha bir məqam isə çay,kofe və nahar fasilələrində belə iştirakçıların və təlimçilərin müxtəlif mövzularda fikir mübadiləsi aparması oldu.Bu diskusiyalar sayəsində hər bir iştirakçı onu narahat edən sosial,ictimai problemləri dilə gətirərək bu haqda digər insanların fikirlərini öyrənmə imkanı qazanırdı.Təlim müddətində keçirilən viktorinalar, əyləncəli oyunlar da iştirakçılara maraqlı anlar yaşatdı.

Sonda isə iştirakçılar burda əldə etdikləri məlumatların gələcəkdə blogerlik fəaliyyətlərində onlara çox yardımçı olacağını bildirərək, soyuq qış günlərində əsl "YAZ-YAY" yaşatdıqlarına görə layihə təsisçilərinə minnətdarlıq bildirdilər.

Məlumat üçün bildirək ki, AEGEE-Bakı Avropa Tələbələr Forumu İT-Media işçi qrupunun bloqlar və yeni media haqqında layihəsi olan 2Y“Yaz Yay” öz fəaliyyətinə 2009-cu il sentyabr ayında başlayıb.

YazYay layihəsinin təlimləri qeyri-formal metodlarla, nəzəri və praktiki məşğələlər əsasında keçirilir.“YAZ YAY” Bloqlar, İnternetdən istifadə və Yeni media haqqında təlimlər layihəsidir.

Məqsəd bloq yaratmaq və yazmaq istəyən, lakin bunun yollarını bilməyən, internetdə saatlarla əyləncə saytlarında vaxt keçirən və internetdən səmərəli istifadə etməyi  öyrənmək istəyən gəncləri, tələbələri, gənc jurnalistləri maarifləndirməkdir.


xeberler,az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar