Fontu böyüt:
The Wall Street Journal (WSJ ) qəzetinin əməkdaşı, tanınmış İT-icmalçı Uolter Mossberq 2010-cu ilin ən uğurlu və daha çox şübhəli nailiyyətlərinin adlarını açıqlayıb.
Ekspert yola saldığımız ilin “qəhrəmanı” adına iPad planşet kompüterinin layiq olduğunu hesab edir. U. Mossberqin tərtib etdiyi reytinqin ikinci pilləsində bu gün ABŞ-da qurulması fəal sürətdə həyata keçirilən 4G şəbəkələri yer alıb. Üçüncü yeri isə Samsung şirkətinin Galaxy S və Apple şirkətinin daha bir məhsulu olan iPhone 4 smartfonları bölüşdürür. The Wall Street Journal-da qeyd edirlər ki, Galaxy S özündə Android ƏS başda olmaqla güclü rəqabətə davamlı məhsulu, iPhone 4 isə antena ilə yaranmış problemə baxmayaraq sadəcə olaraq ən yaxşı smartfonu əks etdirir.
Qəzetin məlumatına görə, 2010-cu ilin üç ən uğursuz İT-məhsulları siyahında Dell Streak planşetinə rast gəlmək olar. U. Mossberqin hesab edir ki, bu qurğu smartfon üçün çox böyük, planşet üçün isə çox kiçikdir. İcmalçının fikrincə, informasiya texnologiyaları sahəsində ilin ən səs-küylü müvəffəqiyyətsizliyi Google TV və TiVo Premiere televiziya layihələri olub.