21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Azərbaycan interneti dünyada 94-cü oldu. Ölkəmiz internetin sürətinə görə Cənubi Qafqaz regionunda ikincidir
Gürcüstan bütün dünya üzrə internetin sürətinə görə 51-ci yerdədir. Regional miqyasda isə bu ölkə birinci yeri tutur. “Net Index”in hesabatında qeyd olunur ki, Gürcüstanda internetin sürəti 6.77 Mbps-ə bərabərdir.
Dünya üzrə ilk beşliyə isə Cənubi Koreya (36,56 Mbps), Litva (30,34 Mbps), Latviya (26,40 Mbps), İsveç (25,14 Mbps) və Niderland (24,51 Mbps) daxil olub. Bu siyahının autsayderləri isə Zambiya (0,65 Mbps), İran (0,63 Mbps), Boliviya (0, 55 Mbps) və Zimbabvedir (0,39 Mbps).
Postsovet ölkələrində internetin sürəti üzrə reytinq cəbvəli belə qurulub: Litva (2 yer) - 30.34 Mbps, Latviya (3) - 26.40 Mbps, Moldova (7) - 23.67 Mbps, Ukrayna (24) - 12.83 Mbps, Estoniya (25) - 12.79 Mbps, Rusiya (27) - 12.18 Mbps, Gürcüstan (51) - 6.77 Mbps, Qazaxıstan (61) - 5.74 Mbps, Qırğızıstan (64) - 5.66 Mbps, Belarus (67) - 5.31 Mbps, Аzərbaycan (94) - 2.91 Mbps, Özbəkistan (124) - 1.98 Mbps, Ermənistan (128) - 1.85 Mbps, Тacikistan (139) - 1.54 Mbps.
Qeyd edək ki, bu reytinq 2008-ci ilin avqust ayından bu ilin 2 fevralınadək İP ünvanlarının test edilməsi nəticəsində tərtib edilib.