Fontu böyüt:
7-ci Dünya Telekommunikasiya/İKT indikatorları toplantısı 2009-cu il martın 3-dən 5-dək Misirin paytaxtı Qahirədə baş tutacaq. SİA-nın verdiyi məlumata görə, iclas Beynəlxalq Telekommunikasiya İttifaqının Telekommunikasiyanın İnkişafı Bürosu tərəfindən təşkil edilib. Toplantıya Misir hökumətinin İnformasiya Texnologiyaları və Kommunikasiya Nazirliyi ev sahibliyi edəcək.
Toplantıda İKT sahəsindəki statistik rəqəmlərə, bu sahə ilə bağlı təqdimatlara və başqa qlobal mövzulara toxunulacaq. Onu da qeyd edək ki, iclasa bütün İKT üzvləri və İKT statistikasi ilə əlaqədar olan bütün nazirliklər, agentliklər, telekommunikasiya şirkətlərinin və milli statistik ofislərin nümayəndələri dəvət edilib .