Fontu böyüt:
Net Applications şirkətinin tədqiqatçılarının dediyinə görə, Microsoft İnternet Explorer-dən fərqli olaraq Firefox və Chrome veb-brauzerlərinin məşhurluğu artır.
Şirkətin hesablamalarına görə, Firefox-un payı 2008-in dekabrında 2,34 faiz artıb (noyabrda isə 20,78% olub). Chrome-nin payı isə 1,04% artıb ki, bu da noyabrla oktyabr aylarından yüksək olub. Eyni zamanda İnternet Explorer-in payı azalmağa doğru gedərək 68,15 faiz olub (noyabrda 69,77% idi).
Opera brauzerinin faizi isə dəyişməyib, 0,71% olaraq qalıb.