İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İP atlama oyunu: saytlar kimə İP atırlar

12.09.2014 [15:57]

Fontu böyüt:      

Kimlərin İP-sinin üstünə odun yığmaq olmaz
Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin mətbuat nümayəndələrilə keçirdiyi sonuncu müşavirədə müzakirə olunan məsələlərdən biri də xəbər saytlarının İP (elektron medianın oxucu sayı, tirajı - red.) göstəricisi idi.

PA-nın şöbə müdiri Əli Həsənov sözügedən müşavirədə bu məsələni qaldıraraq bəzi saytları, xəbər portallarını süni şəkildə İP-lərini artırmaqda ittiham etdi. 
Elektron KİV-lərin bir sıra yanlış, yoxlanılmamış, hay-küylü, dezinformasiya tipli xəbərləri yayma səbəbini İP yarışması kimi qiymətləndirən PA rəsmisi vurğuladı ki, saytlar İP yarışında qabağa çıxmaq üçün tiraj gətirə biləcək hər bir xəbəri ağına-bozuna baxmadan yayırlar və bu zaman bir sıra “pripiska” hallarına da yol verilir: 

- Bu yarışın xarakteri və hansı oyun qaydalarını pozaraq aparılması məlumdur. Onlar hansı redaksiyalarda robot kompüterlər olduğunu, eləcə də hansı saytların digər proqramlar və ödənişli “qara bazar” şərtləri ilə bir sıra proqramlara qoşulması barədə məlumatlıdırlar. Bu yarışma nəticəsində də saytlar bir-birini qabaqlamaq və daha çox İP yığmaq üçün gözlərinə görünən, özlərinə maraqlı gələn, daha çox oxucu gətirə biləcək məlumatlardan istifadə edirlər.
AzVision.az mövzunun aktuallığını nəzərə alaraq tanınmış xəbər saytlarının reytinqini araşdırıb. 

Azərbaycanda tanınmış saytların İP-ləri nə qədərdir? 
Bəzi sayt rəhbərləri bu suala cavab versələr də, bir neçəsi kommersiya sirrini əsas gətirib İP göstəricilərini təqdim etməkdən boyun qaçırdılar.

“Qafqazinfo” internet qəzetinin baş direktoru Elbrus Ərud deyir ki, təkcə dünən sayta 57833 İP, 110 min oxucu daxil olub.


“Bizim İP-lər saytda açıq şəkildə yerləşdirilir. Hər kəsə də tövsiyə edirik ki, İP-ni açıq şəkildə sayta yerləşdirsinlər. Avqust ayı ərzində qafqazinfo.az səhifəsinə 4,069,968 ziyarətçi (sessiya) daxil olub. Ziyarətçilər 706,916 unikal İP-dən daxil olub. Ümumilikdə 23,288,087 səhifə baxışı olub. Hər bir ziyarətçı orta hesabla 13:41 dəqiqə saytda qalıb. Ziyarətçilərin 3 487 751-i (85 faizi) Azərbaycanın, yerdə qalanı isə digər ölkələrin payına düşür. Dünən gün ərzində saytımıza giriş 57.833 olur”.

“Lent.az” portalının baş direktoru Qabil Abbasoğlu: “Bu məsələlərlə müvafiq departament məşğul olur. Tam səmimi deyirəm, mən işimi görürəm, oturub İP güdmürəm”.

“Mediaforum”az saytının əməkdaşı İmdad Əlizadə: “Saytımız fəaliyyət göstərdiyi 10 il ərzində heç zaman xəbərlərinin oxunma sayını, İP-nin sayını ictimaiyyət üçün açıqlamayıb. Sayt indi də bu prinsipinə əməl edir. Ona görə də, İP sayını açıqlamırıq. Bizim oxucu sayı, insanların saytımıza marağı və İP sayı ilə bağlı narazılıq və narahatlığımız yoxdur”
.
“Azadinform.az” İnformasiya Agentliyinin redaktoru Niyaz Niftiyev İP göstəricilərinin 8-10 min olduğunu qeyd edib.

“Azadinform-un 15 illik yayım siysəti var. Biz də çalışırıq ki, bu siyasətdən kənara çıxmayaq. Bizə gün ərzində 8-10 min baxış olur. Bu da bir ay müdətində təxminən 150 mindən çox olur. Ancaq biz İP-ni formal olaraq saxlayırıq, yəni onunla işləmirik, İP-ni çoxaltmaq üçün "robort" üsullara əl atmırıq və yaxud da İP çoxaldan məlum xəbərlərə üstünlük vermirik”.

“Oxu.az” saytının redaktoru Elvin Şirinli: “Bizdə hər şey şəffavdır. Saytda xəbərlərdən istənilən birinə girəndə solda gündəlik, aylıq həftəlik İP-ni göstərir. Son 24 saat ərzində saytımıza 55 min adam girib”.

“Teleqraf.com saytının redaktoru Taleh Şahsuvarlı kommersiya sirri olduğunu deyərək İP göstərcilərini elan etmədi:
- Teleqraf.com saytı ucuz yollarla İP qazanmaq yarışında iştirak etmədiyi, o cümlədən kommersiya sirri saydığı üçün bu rəqəmi açıqlamaqdan imtina edir. Sadəcə, onu deyə bilərəm ki, saytımız Azərbaycandan internetə giriş üzrə Alexa.com-un nəticələrinə görə əön yüksək nəticələrə malik saytlar arasındadır. Bu gün Azərbaycanda xəbər əldə etmək, hazırlamaq və yaymaq baxımından peşəkar, bir daha təkrar edirəm, peşəkar rəqabətdə Trend, APA, Anspress kimi agentliklər, Musavat.com və Azvision.az kimi saytlarla yanaşı biz də iştirak edirik.
“SalamNews” İnformasiya Agentliyinin baş direktoru Rəna Əkbərova gün ərzində oxucularının təxmini saytının 23-25 min olduğunu hesab edir: “Təxminən 23-25 min arası olur...Amma o da baxır nə vaxt”.

“Musavat.com” saytının web- redaktoru Xalid Kazımlı: “Rəqəmlər dəyişir. Keçən ayın bugünkü günü 105 min unikal İP-miz vardı. Bu gün 70-80 min civarındadır”.
“Virtualaz.org” saytının redaktoru Famil Cəfərli: “ Gündəlik unikal İP 4500-5200 arası dəyişir. Bəzən 6000-ə də çatır. Cəbhədəki son hadisədə15600-ü aşdıq. Amma biz heç vaxt İP arxasınca qaçmadıq”.

AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov: “Hazırda AzVision.az-ın oxucu sayı gündəlik 16.000-18.000 unikal İP arasında dəyişir. Amma vacib hadisələr olan günlərdə 20.000-dən yuxarı qalxır”.

“AzNews.az” saytının redaktoru Elçin Zahiroğlu: “Sayğaclara inansaq, adi günlərdə İP 20 min civarında olur. Bayram günləri 2-3 bəzən, 4-5 minə qədər düşür”.

Publika.az saytının redaktoru Amil Hacıyev: “Bu kommersiya sirridir, ancaq reklam tərəfdaşlarımıza açıqlayırıq.Ramiz Mehdiyevin son müşavirəsindən sonra biz bütün sayğacları və oxunma sayını yığışdırmışıq. Ancaq reklam tərəfdaşlarımıza google analitiks vasitəsilə lazımı məlumatları veririk.

Milli.az xəbər portalının baş redaktoru Anar İmanov: “Hazırda 45-50 min İP girişi var”.
“Trend” informasiya agentliyindən məsul şəxs: “Dünən gün ərzində sayta daxil olan unikal ziyarətçi sayı 19 min 595 nəfər olub. Avqust ayı ərzində isə ümumilikdə ziyarətçilərin sayı 748 min 119 nəfər olub”.

“Azxeber.com” saytının baş direktoru Əfzələddin Ağalarov: “Bizim gündəlik İP-miz liveinternet.ru sayğacına görə 25-35 min arası dəyişir”.

“Hafta.az” və “Olaylar.az” saytlarının gündəlik İP-sinin nə qədər olduğunu öyrənməyə çalışsaq da, heç bir məlumat əldə edə bilmədik.
Məşhur “Alexa.com” reytinq saytında isə Azərbaycanda ən çox izlənilən elektron

KİV-lərin reytinqi belədir:

6-cı yerdə “Trend” İnformasiya agentliyi
8-ci yerdə APA İnformasiya agentliyi, 
11-ci yerdə “Day.az”, 
12-ci yerdə “Qafqazinfo”, 
13-cü yerdə Müsavat.com, 
15-ci yerdə “Anspress.com”, 
16-cı yerdə Milli.az, 
17-cı yerdə Azertag.com, 
18-ci yerdə “1news.az”, 
19-cu yerdə “Lent.az”, 
20-ci sırada “haqqın.az”, 
22-ci yerdə “Oxu.az”, 
23-cü yerdə “Bizimyol.info”, 
26-cı yerdə APA TV, 
29-cu yerdə “Sia.az”, 
30-cu yerdə “AzVision.az”, 
31-ci yerdə “Axar.az”, 
33-cu yerdə “Publika.az”, 
34-cü yerdə “Salamnews.org”, 
38-ci yerdə “Kulis.az”, 
46-cı yerdə “Modern.az”, 
47-ci sırada “Apasport” 
49-cu yerdə “Teleqraf.com”, 
60-cı yerdə “AzXeber.com”, 
61-ci yerdə “Virtualaz.org”, 
64-cü yerdə “AzNews.az”, 
67-ci yerdə “Azadliq.info”, 
69-cu yerdə “Gun.az” qərarlaşıb.

Bəs, saytların açıqladıqları İP göstəriciləri realdırmı?


Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyir ki, saytların oxucu auditoriyasını müəyyən etmək üçün müxtəlif texnologiyalardan istifadə olunur: Saytın sahibi sayğac xidməti təşkil edən şirkətdə qeydiyyatdan keçir və öz saytının aşağı hissəsində bu sayğacları yerləşdirir. Yəni bunu təqdim edən müxtəlif şirkətlər var. Vaxtilə Azərbaycanda da belə bir şirkət var idi - “İlk10.com”. Amma Rusiyada, dünyanın başqa ölkələrində saytlara bu xidməti təklif edən şirkətlər var ki, sayğacı saytın aşağı hissəsinə yerləşdirirsən və sayğacda qeyd olunur ki, gün ərzində sayta hansı ünvanlardan neçə nəfər daxil olub, səhifəsinə neçə baxış olub və saytın neçə xəbərini oxundu. Hətta baxıb görmək olur ki, həmin adamlar neçə dəqiqə saytda olublar”.

Ekspert saytlarda İP fırıldağının olduğunu istisna etməyib: “Sayt sahibləri hansısa bir şirkətə, adama tapşırırlar ki, süni surətdə bizim saytımıza girənlər təşkil et. Bunun üçün xüsusi proqramlar var. Belə nəticəyə gəlmək olur ki, bu sayğaclarda göstərilən rəqəmlər düzgün olmaya da bilər. Amma düzgün olanlar da var. Yəni bizdə elə şirkətlər var ki, həmin saytlardakı rəqəmlər reallığı əks etdirir. Hətta həmin şirkətlər bir neçə sayğacı ora yerləşdiriblər ki, baxanda görürsən ki, həmin sayğacın rəqəmləri üst-üstə düşür”.

Osman Gündüz hesab edir ki, “Google Analytics” xidməti daha dəqiq işləyir: “Google Analytics” kimdədirsə, dəqiq auditoruya da ondadır. Ona görə də, sayta reklam vermək istəyən şirkətlər sayğaca inanmır və birinci “Google Analytics”-də olan nəticəni sayt sahibindən istəyir. Kim “Google Analytics”-i vermirsə, ona reklam vermirlər.

Peşəkar proqramçı, web-master Seymur İsmayıl isə AzVison.az-a açıqlamasında bəzi mətləblərə aydınlıq gətirib. O, bildirib ki, xəbər saytlarında süni İP artımı ilə bağlı müxtəlif variantlar mövcuddur:
- Birincisi, şirkət bütün kompüterlərinə bir proqram var, onu yazır və ondan sonra istifadəçi hansı sayta girərsə, həmin proqram həmin saytın İP-sini bu istiqamətə yönləndirir. Əgər bir şirkətin 100 nəfər işçisi varsa, gündə 10 sayt açsa, özünüz hesablayın. Amma bu süni İP artımını müəyyən etmək mümkündür”,- deyə web-master vurğulayıb.

S.İsmayıla görə, Google Analytics-in göstəricilərini də saxtalaşdırmaq mümkündür: `İstənilən sayt reklam şirkəti üçün “Google Analytics”də başqa nəticəni verə bilər, digərlərinə başqa. Ən yaxşısı, hansısa saytın həqiqi İP-sini öyrənmək üçün 10 gün ərzində həmin saytın monitorinqini aparmaqdır`.

Web-master hesab edir ki, `sayta beş normal insanın girməsi daha yaxşıdır, nəinki 100 avaranın girməyi`:
- Ən çox İP-ni əyləncə saytları yığır. Digər xəbər saytlarının İP-si yüz dəfələrlə əyləncə saytlarının İP-sindən az olur. Azərbaycanın 9 milyon əhalisi varsa, orta hesabla normal düşüncəli olan bir milyon insan internetdən istifadə edirsə, onun da 50 mini normal sosial, iqtisadi, siyasi, hüquqi məsələrlə bağlı xəbər axtarır. Əyləncə xarakterli saytları da nəzərə alsaq, deməli, ciddi xəbər saytlarını oxuyan 20 min oxucu qalır. Bu da o deməkdir ki, xəbər resurslarının normal 20 min oxucusu var. Ona görə də, Azərbaycanda dünən çıxmış cücələr 30-40 min İP-dən dəm vurursa, getsinlər işlərilə məşğul olsunlar. Bu, mümkün deyil. Və yaşı beş ildən aşağı olan saytlar 30 min İP göstərirsə, mən sübut edə bilərəm ki, bu yalandır”. (Mirvari Nəcəf,  azvision.az)

Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar