Fontu böyüt:
Azərbaycanın ilk mobil operatoru “Bakcell” bildirir ki, martın 7-də texniki səbəblərlə əlaqədar abunəçilərin mobil telefonlar vasitəsilə bəzi İnternet səhifələrinə, o cümlədən bəzi sosial şəbəkələrə daxil olmasında müəyyən texniki problemlər yaranıb. Şirkətdən Milli.Az xəbər portalına daxil olan məlumata görə, “Bakcell” şirkəti yaranmış texniki problemləri martın 7-də gecə saatlarında aradan qaldırıb. Artıq “Bakcell” abunəçiləri əvvəlki kimi rahatca istənilən internet səhifəsinə daxil ola bilərlər.
Yaxın günlərdə “Facebook”da “Bakcell”in rəsmi səhifəsinin (fan page) öz işinə başlayacağı gözlənilir.
Qeyd edək ki, “Bakcell” şirkəti 1994-cü ildə təsis edilib və Azərbaycanda mobil rabitə xidmətlərini göstərən ilk şirkətdir. Hazırda “Bakcell” əhalinin 95%-ni və ölkə ərazisinin 82%-ni əhatə edir. Şirkətin aktiv abunəçilərinin sayı 2.5 milyona çatıb.