Fontu böyüt:
Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) SMS-məlumatlandırma xidmətini istifadəyə verib.
Yeni xidmət sayəsində müştərilər öz kart hesablarındakı bütün dəyişikliklər barədə operativ şəkildə xəbərdar ola biləcək.
«Bank Standard» tərəfindən tətbiq olunmağa başlayan SMS-məlumatlandırma xidmətinə qoşulan müştərinin kart hesabındakı hər hansı dəyişiklik barədə onun mobil telefonuna ismarıc formasında məlumat daxil olacaq. Bu xidmət «Azercell» mobil operatorunun abonenti olan bütün «Bank Standard» müştərilərinə göstərilə bilər.
Müştərinin bank kartı ilə aparılan hər hansı əməliyyat barədə məlumat yerindən və vaxtından asılı olmadan dərhal onun mobil telefonuna göndərilir.
Xidmәtә «Bank Standard»ın istənilən bankomatından qoşulmaq mümkündür. Alınan hər bir SMS-in qiyməti 0,10 manat (22 kontur) təşkil edir.