İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

3G ilə bağlı yerli mobil telefon bazarında vəziyyət nə yerdədir?

16.12.2009 [21:30]

Fontu böyüt:      

Xarici telekanallarda maraqla reklamını izlədiyimiz 3G texnologiyası artıq Azərbaycandadır.

Xarici telekanallarda maraqla reklamını izlədiyimiz 3G texnologiyası artıq Azərbaycandadır. Bu gün 16 dekabr Azərfon (Nar Mobile) 3G şəbəkəsini istifadəyə verdi.

3G texnologiyası Azərbaycanda eşidildiyi andan etibarən çox qalmaqallar oldu. Buna baxmayaraq əhali hələ bu texnologiya haqqında bilgiyə sahib deyil. Bunların bir səbəbi də abunəçi sayı az olan Nar Mobile-də bu xidmətin istifadəyə verilməsidir. 2007-ci ilin martından fəaliyyət göstərən Nar Mobile operatorunun 1.5 milyon istifadəçisi var.

Azərbaycan mobil telefon bazarında kifayət qədər keyfiyyətli və müxtəlif firmaların modelləri mövcuddur. 3G texnologiyası haqqında söhbətlər yayılandan sonra 3G-ni dəstəkləyən modellər daha çox üstünlük təşkil etməyə başladı. xeberler.az saytı olaraq Bakı şəhərində fəaliyyət göstərən mobil telefon satış mərkəzləri ilə maraqlandıq. 3G-ni dəstəkləyən modellər və qiymətləri haqda məlumat topladıq.

Qeyd edək ki, Azərbaycan bazarında 3G-ni dəstəkləyən modellər arasında Nokia şirkətinin məhsulları daha çox üstünlük təşkil edir. Təbii ki, şirkətlərin adına uyğun müxtəlif keyfiyyətdə, müxtəlif ölçülərdə və qiymətdə modellər var.

Nokia seriyasından N79, N 900, N 97, 3120, 6600 Fold,6600 Slide və i Slide, 6720, 5630, 6730, modelləri 3G-ni dəstəkləyir. Nokia modelləri arasında ən ucuz mobil telefon 3120-nin qiyməti 137 manatdır. Ən baha model isə N900 isə 850 manatadır. Carbon Arte isə 5400 manatdan başlayaraq satışdadır.

Sony Ericsson şirkətinin məhsullarından-C905,C902,W995, U1i, K530i, W660 modelləri 3G-ni dəstəkləyir. Sony Ericsson seriyasından ən ucuz mobil telefon olan W660 və K530i modellərinin qiyməti 135 və 137 manat arasında dəyişir. Ən baha model isə U1i mobil telefonu 595 manatadır.

Satıçıların sözlərinə görə, hələki telefon satışında elə də böyük fərq yoxdur. Satıcı Anar Rəhimov qeyd edir ki, Azərbaycanda 3G texnologiyası istifadəyə verilsə də satışda elə də böyük partlayış hiss edilmir. “Nar Mobile istifadəçiləri çox azdır. Əhalinin böyük əksəriyyəti Azercell və Bakcell abunəçiləridir. Çox az adam 3G-yə görə operatoru dəyişməyə razı ola bilər. Bu xidmət Azercell-də olsaydı, mobil telefon satışında irəliləyiş hiss edilərdi”.

Qeyd edək ki, xarici təcrübələrdə 3G-li mobil telefonlar ilə bağlı maraqlı videoroliklər çəkilir və nümayiş etdirilir. Azərbaycanda isə 3G-nin yenicə fəaliyyətə başlamasına baxmayaraq reklamı belə yayımlanmır.


xeberler.az/Vüsalə
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar