Fontu böyüt:
“Ev telefonları ilə danışığa limitlərin tətbiq olunmasına dair məsələ artıq Tarif Şurasında müzakirə olunur”.
Bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib. O deyib ki, nazirlik Tarif Şurasının bununla bağlı qərar qəbul etməsini gözləyir. Ə.Abbasov həmçinin bildirib ki, ev telefonlarına limit tətbiq olunarkən əhalinin aztəminatlı təbəqəsi də nəzərə alınacaq. Eyni zamanda telefondan qazanc, biznes məqsədi ilə istifadə edənlər üçün tarifin nisbətən yüksək olması da planlaşdırılır.