İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

İnformasiya Texnologiyaları İnstitutunda Elmi Şuranın iclası keçirilib

20.04.2012 [18:58]

Fontu böyüt:      

ədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, AMEA İTİ-nin direktoru, professor Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Alim İTİ-də son zamanlar həyata keçirilmiş işlərin təqdimatına
Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, AMEA İTİ-nin direktoru, professor Rasim Əliquliyev gündəlikdə duran məsələlər haqqında məlumat verdi. Alim İTİ-də son zamanlar həyata keçirilmiş işlərin təqdimatına həsr olunmuş tədbirin nəticələri barədə söhbət açdı, onu əldə olunmuş nailiyyətlərin kompleks təqdimatı kimi dəyərləndirdi. Cəmiyyətin elmə olan tələbatının artdığı dövrdə belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən və tarixi rolundan danışan institut direktoru onun ictimaiyyət tərəfindən də yüksək qiymətləndirildiyini nəzərə çatdırdı.

Sonra institutun elmi katibi Mədinə Səidova və İTİ-nin doktorantı Rəhilə Həsənova tapşırılmış işlərin icra vəziyyəti haqqında məruzələrlə çıxış etdilər. İnstitutun struktur bölmələrinin iş planlarının təqdimi, PCI 2012 “Kibernetika və informatika problemləri” IV beynəlxalq konfransına hazırlıq, dissertanturaya qəbul, attestasiyanın nəticələri və s. haqqında məlumat verildi.

İTİ-nin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru Rəşid Ələkbərov 31 may 2012-ci il tarixdə keçiriləcək I “AzScienceNet” Ümumrespublika elmi-praktiki seminarı və nəzərdə tutulan məruzələr haqqında məlumat verdi.

İnstitutun şöbə müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Əlövsət Əliyev “İqtisadiyyat, informasiya və müasir fəlsəfi baxış: mövcud vəziyyət, problemlər və həll yolları” mövzusunda AMEA İTİ, İqtisadiyyat İnstitutu, Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun birgə seminarın keçirilməsi haqqında məruzə ilə çıxış etdi. Növbəti seminarın cari ayın son həftəsində keçirilməsinin planlaşdırıldığını qeyd etdi.

İTİ-nin şöbə müdiri Gülnarə Nəbibəyova www.transliterasiya.az, www.hieb.science.gov.az, www.azsciencenet.az saytlarının istismara verilməsi haqqında danışdı, görülən işlər, qarşıda duran vəzifələr barədə məlumat verdi.

Texnika üzrə fəlsəfə doktoru Zərifə Cəbrayılova və institutun baş elmi işçisi Rasim Mahmudov “İnformasiya Texnologiyaları Problemləri” və “İnformasiya Cəmiyyəti Problemləri” jurnalları ilə bağlı hesabat verdilər. İnstitut əməkdaşlarının bu jurnallarda fəal iştirakı və elmi məqalələrin hazırlanması məsələsinin vacibliyindən danışıldı.

Tədbirdə həmçinin AMEA-nın illik ümumi yığıncağının materiallarının hazırlanması, “Ali məktəb tələbələri arasında İnformatika üzrə ümumrespublika olimpiadası”na hazırlıq işləri, elmi seminarların keçirilməsi, kadr hazırlığı, İKT üzrə kitab və dərsliklərin nəşri və digər məsələlər müzakirə olundu, təklif və tövsiyyələr bildirildi.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar