Fontu böyüt:
Azərbaycanda noyabr ayının əvvəlində Rusiyanın “Polimedia” İT şirkətinin nümayəndəliyinin açılışı gözlənilir. Polimedia” Azərbaycanın dövlət strukturları, təhsil sektoru və biznes sahəsində fəaliyyət göstərən müəssisələri üçün tətbiqi həllər və layihələr təqdim edəcək.
Nümayəndəliyin açılışı ilə bağlı şirkət noyabrın 5-də Bakıda mətbuat konfransı və dövlət orqanlarının və bələdiyyələrin idarəetməsi, biznesin effektiv inkişafı və təhsildə tətbiq edilmək üçün nəzərdə tutulmuş texnologiyalar nümayiş edəcək.
“Polimedia”nın nümayəndələri kollec və ali məktəblərin şagird və tələbələrinin təlimi üçün nəzərdə tutulmuş ən son dünya tendensiyalarını və texnologiyalarını: distant təhsil, rəqəmli laboratoriya, interaktiv qurğular təqdim edəcəklər.(ictnews.az)