21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Xeberler.az-n Rabitə və İnformasiya nazirliyinin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Google korporasiyasının aprel ayında yeni baş direktoru, internet-nəhəngin təsisçilərindən biri olan Larri Peyc olacaq.
Bu vəzifədə o, artıq 10 ilə yaxındır ki, Google-a rəhbərlik edən Erik Şmidti əvəz edəcək. E. Şmidt isə öz növbəsində Google-da qalacaq və aprel ayından etibarən direktorlar şurasının icraçı sədri vəzifəsində çalışacaq. Korporasiyanın rəhbərliyi sözügedən dəyişikliklər barədə Google-un son üç ayda əldə etdiyi gəlirlərini əks etdirən hesabat dərc olunan zaman bildirib. Belə ki, hesabat dövründə internet-şirkətin mənfəəti 2,54 milyard ABŞ dollarınadək artıb, ümumi gəlir isə 8,44 milyard dollar təşkil edib. Xəbərlər dərc olunandan sonra Google-un qiymətli kağızlarının dəyəri 2 faiz artıb.
Baş direktorun dəyişməsi xəbərinə isə analitiklər bir qədər ehtiyatla yanaşıb. Belə ki, mütəxəssislərin sözlərinə görə, L. Peyc Google-un həmtəsisçisi olmasına baxmayaraq, o, indiyədək heç bir iri internet-şirkətin rəhbəri vəzifəsində çalışmayıb, hazırda isə yeni baş direktor 24 min insanın çalışdığı tanınmış bir korporasiyaya başçılıq etməli olacaq.