Fontu böyüt:
ULTRA şirkəti dünyanın məşhur FND (Future Network Development) şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə əsasən ULTRA beynəlxalq provayder xidmətlərinin unikal qrupu olan FND-nin Azərbaycanda yeganə təmsilçilik hüququ qazanır. Beynəlxalq əməkdaşlıq razılaşmalarına əsasən fəaliyyət göstərən “Future Network Development” dünyanın 50-dən artıq ölkəsini əhatə edir. Bağlanmış müqavilə tikinti layihələrinin idarə edilməsi üçün çoxfunksiyalı “AstaPowerproject” və “TILOS” proqram təminatlarının hazırlanması üzrə əməkdaşlıq istiqamətini nəzərdə tutur.
TİLOS əsasən xətti tikinti və infrastruktur layihələrinin
idarə edilməsi üçün nəzərdə tutulmuş “zaman – məsafə planlaşdırma” əsaslı
proqram təminatıdır. Yerləşdiyi yerdən asılı olmayaraq asan istifadəsinə görə
müştərilərin etibarını qazanmış TİLOS xətti layihələrinin idarə edilməsi
sektorunda əhəmiyyətli bir kəşfdir. Bu bütün dünyada müxtəlif növlü sənayelərdə
onlarla layihə rəhbərləri tərəfindən istifadə olunan yüksək səviyyəli müasir
proqram təminatıdır. Müəssisədə nailiyyətlər, məhdud zaman resursu və layihələrin
tez başa çatması üçün TİLOS, layihənin həcm və zaman resursu arasında boşluğu həqiqətən
doldurmağa imkan yaradır.
Layihəni ekranda əks etdirməklə, onu asanlıqla
planlaşdırmağa imkan verən sistem, eyni zamanda, məkan və istehsal baxımından
sıralamanı təmin edən kritik yol texnologiyasının “zaman-məsafə” diaqramları tərtib
etmək üçün nəzərdə tutulan qrafik interfeysinə malikdir. Bu da öz növbəsində
planların tərtib edilməsi zamanı maksimal çevikliyi təmin edir. Çevik görünüş
sistemi, xüsusi tələbləri maksimal fərdiləşdirməyi təmin edir ki, bunun nəticəsində
də, icra olunan bir və daha çox layihələrdən bütün layihəni, yaxud ətraflı şəkildə
planları görmək üçün bir sıra subplanları ekrana əlavə etməyə imkan verir.
Verilənlərin inteqrasiyasını təmin edir. TİLOS qrafikləri o cümlədən, fəaliyyət,
əlaqələr, resurslar, yüksəlmə və məhsuldarlıq profilləri kimi verilənləriidxal
etməyə və məsafə oxu ilə sinxronlaşdırmaya imkan yaradaraq planlaşdırma səhvlərini
aradan qaldırır.
Məsafəyə əsasən hesablama funksiyası TİLOS-a iş parametrlərini məsafə qiymətlərinə əsasən hesablamağa imkan verir.
Mirvari Nəcəf