Dünən əksər xəbər saytları Təhsil Nazirliyinin saytına istinad edərək Distant formada təhsil alan şəxslərin xarici ali təhsil haqqında sənədinin (diplomlar, şəhadətnamələr, sertifikatlar və. s) ölkə ərazisində tanıması prosedurunun nəzərdə tutulmadığı haqqında məlumatlar yayıb.
Dünən əksər xəbər saytları Təhsil Nazirliyinin saytına istinad edərək Distant formada təhsil alan şəxslərin xarici ali təhsil haqqında sənədinin (diplomlar, şəhadətnamələr, sertifikatlar və. s) ölkə ərazisində tanıması prosedurunun nəzərdə tutulmadığı haqqında məlumatlar yayıb. Bu xəbər Təhsil Nazirliyinin rəsmi saytında , sual-cavab bölməsində də da yer alıb.
AİF-in prezidenti Osman Gündüz bu barədə bildirib:” Məncə burada hansısa yanlışlığa yol verilir. Axı distant, qiyabi - əyani , axşam və s. bütün bunlar bir təhsil alma formasıdır və yekunda tələbəyə təhsil sənədi verilərkən hansı formada təhsil alması, burada sadəcə qeyd olunmur”.
Qeyd edək ki, Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 nömrəli Qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisasların tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiya) Qaydaları” xarici ölkələrdə hansı formada təhsil almasından asılı olmayaraq təhsil sənədinin tanınmasını gerçəkləşdirməyə imkan verir.
Bu Qaydalar məhz Avropada təhsil üzrə ixtisasların tanınması Konvensiyasına uyğun olaraq hazırlanıb.
“Təhsil sənədinin tanınması bu Qaydalarda nəzərdə tutulan şərtlərin ( təhsilin məzmunun uyğunluğu, attestasiyanın uyğunluğu, fənlərin uyğunluğu və s. ) ekspertizasının gəldiyi nəticədən asılı olaraq müəyyən olunmalıdır” – bu fikirləri də Osman Gündüz bildirib.
“Eyni zamanda bu cur yanaşma ölkənin ali təhsil müəssisələrini gələcəkdə böyük bir biznes sahəsi olan bu təhsil forması üzrə xarici tələbə qəbulundan kənarda qoya bilər . Həmdə bizim özümüzdə bu fromada təhsil almaqla təhsil sənədi əldə edən tələbələr öz ölkəsində eyni situasiya ilə rastlaşa bilərlər.
Beləliklə, düşünürəm ki, adı çəkilən Konvensiya və ona uyğun hazırlanan Nazirlər Kabinetinin Qaydaları təhsil Formasından asılı olmayaraq ölkədə xarici təhsil sənədinin tanınmasına imkan verir”-deyə o vurğulayıb.