21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Xeberler.az saytında keçirilən sorğu yekunlaşdı. Əvvəla, sorğuda aktiv iştirak etdiyinizə görə hamınıza minnətdarıq. İndiki İnternet qiymətləri sizi qane edirmi? sualına 1200-dən çox səs gəlib. Sorğunun nəticəsinə görə, Azərbaycanda İnternetin qiyməti 769 nəfəri (55%) qane etmir. 371 nəfər (26%) Xeyli bahadır cavabını verib. Qiymətlərdən qismən razı olanlar 151 nəfərdir (11%). Cəmi 110 nəfər isə internetin qiymətlərindən razıdır.
Göründüyü kimi, Xeberler.az saytının istifadəçilərinin əksəriyyəti Azərbaycandakı internet qiymətlərindən narazıdır. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirib ki, qiymətlərin aşağı salınması siyasəti davam edəcək. Onun sözlərinə görə, internet qiymətləri əhali üçün əlçatan hesab olunanadək aşağı salınacaq. Bizə isə yalnız gözləmək qalır.