Fontu böyüt:
Vatikan məşhur internet kampaniyası "Google" ilə müqavilə bağlayıb. Qaynar.info-nun verdiyi xəbərə görə, bu müqavilə, "Google" Roma Papasının fəaliyyəti ilə bağlı audio-video materialların, informasiyaların və fotoların internetdə yayımlanması haqqındadır.
"Google" həmçinin Vatikana məxsus radio və CTV kanalaının materiallarından da istifadə etmək hüququ qazanıb. Ekspertlərin fikrincə, anlaşma katolik rəhbərliyinin internetdə daha geniş və əhatəli təbliğinə imkan verəcək.
xeberler.az/Ellada