İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərlə bağlı vəziyyəti araşdırılıb

29.06.2012 [15:14]

Fontu böyüt:      

İnformasiya açıqlığı üzrə Mərkəzi və yerli icra qurumlarının növbəti Reytinq Cədvəlləri və Hesabatlar , həmçinin elektron xidmətlərlə bağlı mövcud vəziyyət ictimaiyyətə təqdim edilib.
Bu gün Multimedia Mərkəzi tərəfindən “Azərbaycanda “Açıq hökumət”  təşəbbüsünün həyata keçirilməsində  vətəndaş cəmiyyətinin  rolunun gücləndirilməsi “   mövzusunda Dəyirmi Masa keçirilib.
Tədbirdə Multimedia Mərkəzinin direktoru  Osman Gündüz “Açıq Hökumət Tərəfdaşlığı” haqqında məlumat verib və bu istiqamətdə ölkədə aparılan işləri diqqətə çatdırıb.  Ö , AHT-nin əsas prinsiplərindən olar İnformasiya açıqlığı və Elektron hökumət quruculuğu sahəsində Mərkəz tərəfindən görülən işlərdən danışıb. Osman Gündüz  informasiya  açıqlığı üzrə Mərkəzi və yerli icra   qurumlarının növbəti Reytinq  Cədvəlini və Hesabatı  ictimaiyyətə təqdim edib. O, 6 ay ərzində  64 dövlət  qurumunun və 67 Yerli icra hakimiyyətlərinin rəsmi internet resursunun monitorinqinin aparıldığını  qeyd edib.  O, rəsmi saytların 60  parametr üzrə kəmiyyət  və  keyfiyyət kriteriyaları və sosial əhəmiyyətlilik səviyyəsi nəzərə alınmaqla  informasiya  açıqlığı  vəziyyətinin analiz olunduğunu  bildirilib. 

 Osman Gündüz bu ilki Monitorinq prosesində Mərkəzi icra orqanları tərəfindən göstərilən elektron xidmətlərin də araşdırıldığını bildirib. Ölkə prezidentinin 23 may tarixli elektron xidmətlərlə bağlı  Fərmanından sonrakı 1 il ərzində   dövlət qurumları tərəfindən bu istiqamətdə xeyli işlərin görüldüyü diqqətə çatdırılıb. Hazırda 260 dan çox  elektron xidmət təklif olunsa da onun yalnız 94-nün interaktiv olması və mövcud tələblərə cavab verməsi qeyd edilib.
Osman  Gündüz  həm informasiya açıqlığı sahəsində, həm də elektron xidmətlərlə bağlı dövlət  qurumları arasında kəskin informasiya bərabərsizliyinin olduğu  vurğulanıb.

Monitorinqin nəticələrinə əsasən informasiya  açıqlığı üzrə Reytinq Cədvəlində 1-ci , 2-ci və 3-cü yerləri müvafiq olaraq   Vergilər Nazirliyi (71%), DSMF(68%) və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya(65%) tutub. Sonuncu yerlər isə Nazirlər Kabinetinə və Müdafiə Nazirliyinə məxsusdur.

64 Mərkəzi icra qurumları üzrə orta informasiya  açıqlığı  göstəricisi  33.5% ( ötən il 27%) olub. Yerli icra hakimiyyətləri üzrə orta informasiya açıqlığı göstəricisi isə cəmi 7% olub.
Yerli İcra qurumları arasında 1-ci , 2-ci və 3-cü yerləri Binəqədi İH(20.9%), Qəbələ İH(15.6%) və Xətai İH(15.5) əldə edib. Şəhər icra hakimiyyətləri içərisində 1-ci yeri Şəki şəhər İH (34 %) tutub.

Dəyirmi Masada Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın nümayəndəsi Asif Əliyev, İREX –in əməkdaşı Ələsgər Məmmədli , RİTN-nin Hüquq şöbəsinin müdiri Bəxtiyar Məmmədov, Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin nümayəndəsi Elnur Sultanov, Milli Büdcə Qrupunun koordinatoru Qalib Abbaszadə, QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Vasif Mövsümov, TURAN İA – nın rəhbəri Mehman Əliyev, Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi Nazim  İsmayılov, ekspert Azər Həsrət  və digərləri çıxış ediblər.

Çıxışlarda aparılan Monitorinqin mühüm əhəmiyyət ksb etməsi vurğulanıb. Son dövrlərdə ictimai   informasiyaların  rəsmi saytlardan əldə edilməsi sahəsində xeyli irəliləyişlərin olduğunu bildiriblər. Xeyli sayda dövlət qurumlarında həm informasiya açıqlığı, həm də elektron xidmətlərlə bağlı müəyyən uğurların əldə olunduğu qeyd edilib.   Xüsusilə də yeni araşdırılmağa  başlanan Yerli icra qurumlarının saytlarının və elektron xidmətlərin  gələcəkdə də daha ciddi  araşdırılmasının vacibliyi qeyd olunub. Çıxışlarda həmçinin hələ də açıqlanması məcburi olan informasiyaların xeyli hissəsinin həm Mərkəzi, həm də yerli icra  orqanlarının  saytlarından əldə edilməsinin mümkünsüzlüyü qeyd olunub.
Monitorinqin nəticələrinin ictimailəşdirilməsinin və davamlı olaraq  aparılmasının  zəruriliyi qeyd olunub.
Təqdimat mərasimində hökumət qurumlarının nümayəndələri, müstəqil ekspertlər, özəl və ictimai sektorun təmsilçiləri, beynəlxalq  təşkilatların  nümayəndələri  iştirak edib.  
Geniş məlumat, Hesabatlar və Reytinq Cədvəlləri  www.informasiya.org –da  yerləşdirilib.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar