Fontu böyüt:
Oktyabrın 1-dən Azercell Telecom SimKredit xidmətinə dəyişiklik edib.
Yeni şərtlərə əsasən, KREDİT yazaraq 9150 nömrəsinə göndərən SimSim abunəçisi 250 kontur, 9250 nömrəsinə göndərən abunəçi isə 350 kontur alacaq.
Kredit almaq üçün göndərilən bütün sorğular pulsuzdur. 250 kredit konturu üçün kreditdən istifadə haqqı 50, 550 kredit konturu üçün isə 70 konturdur.
Telefon xətti aktiv olan və sistemə qoşulduğu andan etibarən balansına ən azı 6 AZN məbləğində kontur yükləmiş SimSim abonentləri xidmətdən istifadə edə bilərlər. Kreditə alınmış konturlar və kreditdən istifadə haqqı növbəti balansartırmadan sonra balansdan çıxılır.