İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

Hər 3 kompüterdən 1-i virus hücumuna məruz qalır

09.02.2011 [13:55]

Fontu böyüt:      

2010-cu ildə Avropa Birliyi ölkələrində internet istifadəçilərinin təxminən üçdə bir hissəsi virus hücumuna məruz qalıb. Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Eurostat Avropa statistika agentliyinin hesabatında qeyd olunur. Virus hücumları hallarının əksər hissəsi Bolqarıstanda qeydə alınıb. Buradakı kompüterlərin 58 faizi virus

2010-cu ildə Avropa Birliyi ölkələrində internet istifadəçilərinin təxminən üçdə bir hissəsi virus hücumuna məruz qalıb.

Xeberler.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, Eurostat Avropa statistika agentliyinin hesabatında qeyd olunur.

Virus hücumları hallarının əksər hissəsi Bolqarıstanda qeydə alınıb. Buradakı kompüterlərin 58 faizi virus hücumlarının qurbanı olub. Müvafiq siyahının ikinci pilləsində Malta (50%), üçüncü pilləsində isə Slovakiya yer alıb (47%). Virus hücumları səviyyəsi Macarıstan (46%) və İtaliyada (45%) da yüksəkdir. Ən kiçik həmlə səviyyəsi isə Avstriya (14%), İrlandiya (15%), Finlandiya (20%) və Almaniyada (22%) qeydə alınıb. Bu zaman zərərçəkmişlərin təqribən 3 faizi kiberdələduzluğun qurbanı olduğunu və pul itirdiklərini bildiriblər.

Sorğuda iştirak edənlərin 84 faizi kompüterlərində mühafizə sistemlərinin olduğunu söyləyiblər. Mühafizə olunan kompüterlərin əksər hissəsi Niderlandın payına düşür. Niderlandda kompüterin təqribən 96 faizində antivirus proqramları istifadə edilir. Bu siyahıda isə Niderlanddan sonra Lüksemburq, Malta və Finlandiya yer alıb. Həmin ölkələrdə 91 faiz kompüterlər xüsusi proqramlarla mühafizə olunur.

“Eurostat”ın hesabatında qeyd olunur ki, Avropa Birliyi ölkələrində evlərin yalnız 14 faizində uşaqların Şəbəkədəki hərəkətləri nəzarət olunur. İnternetdə uşaqların təhlükəsizliyinə əsasən Lüksemburq və Sloveniyada diqqət yetirilir. Bu ölkələrdə kompüterlərin 25 faizində uşaqların Şəbəkədəki təhlükəsizliyinə dair xüsusi proqramlar istifadə olunur.


Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar