İNFORMASİYA VƏ KOMMUNİKASİYA TEXNOLOGİYALARI PORTALI
Bəzi xəbərlər:

SORĞU

Cari ildə İT sahəsində baş verən aşağıdakı hadısələrin hansını daha yaddaqalan və əhəmiyyətli hesab edirsiniz ?
  • "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin yaradılması
  • “Bakutel- 2014” Yubiley sərgisi.
  • “Azersky” peykinin Azərbaycan tərəfinə verilməsi
  • İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiyanın təsdiq edilməsi
  • Azərbaycanın Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv seçilməsi
  • “Startup Azərbaycan 2014” və “Startup Günləri” tədbirləri
  • Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqinə başlanılması
  • Dövlət qurumalrı tərəfidnən göstərilən bütün xidmətlərin Elektron reyestrinin yaradılması
Bütün sorğular

Yazara məktub göndər

Məqalələrinin sayı:

“Azərbaycanda internet qiymətlərinin yenidən endirilməsi məsələsinə baxıla bilər”

14.01.2009 [17:37]

Fontu böyüt:      

Azərbaycanda gələcəkdə internet-xidmətlərin qiymətlərinin endirilməsinə dair məsələyə baxıla bilər. Bu bərədə jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Azərbaycanda gələcəkdə internet-xidmətlərin qiymətlərinin endirilməsinə dair məsələyə baxıla bilər. Bu bərədə çərşənbə günü jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

“Son araşdırmalarımız göstərir ki, Azərbaycanda internetin geniş yayılması üçün qiymətlər yenidən aşağı salınmalıdır. Müvafiq təhlillər aparılıb və hesab edirəm ki, yaxın gələcəkdə biz bu məsələni müzakirə edəcəyik”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, məlum olduğu kimi, cari ildə, Azərbaycanın bir çox provayderi “ölkədə internetin qiymətlərini 50-60% endiriblər”. Ə.Abbasov həmçinin vurğulayıb ki, yanvar ayının 15-dən başlamalı olan internetin qiymətlərinin enmə prosesi “dərhal yanvar ayının 15-dən deyil, bir qədər gecikə bilər, bu səbəbdən ki, enmə prosesi kiçik provayderlərə neqativ təsir göstərə bilər”.

Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 30 dekabr 2008-ci il tarixli qərarına əsasən fiziki xətlə telefonlaşdırılması mümkün olmayan ərazilərdə yerləşən təhsil müəssisələri üçün “Teleradio” İstehsalat Birliyinə məxsus bina, sahə və qüllələrdə kənar təşkilatların avadanlıqlarının yerləşdirilməsi və xidmət göstərilməsinə görə aylıq tariflərə 80% güzəşt tətbiq olunacaq. Həmin qərara müvafiq olaraq, avadanlıqlara görə tətbiq olunan tariflər 0,54 manatdan 53,6 manatadək (ƏDV-siz), anten sistemlərinə görə tətbiq edilən tariflər isə 2 manatdan 105 manatadək (ƏDV-siz) səviyyəsində təsdiq olunub.
Şurada qəbul olunmuş digər qərara uyğun olaraq 2 Mbit/san şəhərdaxili rəqəmsal kanalların (portların) istifadəyə verilməsi tarifləri digər abonentlər (büdcə təşkilatları istisna olmaqla) üçün 1200 manatdan 600 manata (50%), onlardan aylıq istifadə tarifləri isə 320 manatdan 300 manata (6,3%), rəqəmsal rabitə kanallarının qoşulma və aylıq istifadə (Bakı şəhəri istisna olmaqla) tarifləri 240 manatdan 200 manata, hər tam və natamam 50 km məsafəyə görə 2 Mbit/san tutumundan istifadə tarifləri isə 180 manatdan 150 manata (16,7%) endirilib.

Belə vəziyyətdə internet provayderləri xidmətlərinin maya dəyərinin azalmasına, nəticə etibarilə son istifadəçilər üçün internet xidməti tariflərinin ən azı 15-20% aşağı salınmasına imkan yaradacaq.

Yeni tariflər 2009-cu ilin 15 yanvar tarixindən qüvvəyə minəcək.


xeberler.az
Oxunub: 1 dəfə

Fikirlər

Heç bir şərh yoxdur
serh yaz

Yazarlar

Fərrux İlhamoğlu

Bizi idarə edən güc: Netokratiya

Bizi idarə edən güc: Netokratiya
Sevil Rəsulzadə

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Günel Azadə

4G mobil texnologiyası niyə ləngiyir?

4G mobil texnologiyası niyə ləngiyir?
Kamran Ədalətoğlu

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
İsmayıl Rafiqoğlu

Elektron Hökumət: çətinmi, ASAN-mı?

Elektron Hökumət: çətinmi, ASAN-mı?
Bütün yazarlar