Azərbaycan 174 ölkə arasında internet yüklənmənin sürətinə görə 111-ci, çıxan internet trafikinin sürətinə görə isə 120-ci yerdə qərarlaşıb.
Azərbaycan 174 ölkə arasında internet yüklənmənin sürətinə görə 111-ci, çıxan internet trafikinin sürətinə görə isə 120-ci yerdə qərarlaşıb.
Speedtest" şəbəkəsini yaradan "Ookla" şirkətinin "NetIndex" reytinqinə əsasən, Azərbaycanda daxil olan internet trafikin orta sürəti 2,75 Mbit/s təşkil edir.
Bakıda bu göstərici 2,83 Mbit/s, Sumqayıt şəhəri üzrə 2,99 Mbit/s təşkil edir. Ölkə bu göstərici üzrə dünyanın 174 ölkəsi arasında 111-ci yeri tutur.
Nəticələr 2011-ci il dekabrın 5-dən 2012-ci il yanvarın 3-dək aparılan eksperimental araşdırmaların əsasında əldə edilib. Sınaqların keçirilməsi üçün 187578 unikal IP ünvan seçilib.
Reytinqdə Azərbaycanın 20 internet provayderi və rabitə operatorlarının statistik göstəriciləri yer alıb.
1. UNDP/AzNET Project - 5.36 Mbps
2. DELTA TELECOM - 1.41 Mbps
3. Az.StarNet LLC - 1.34 Mbps
4. TransEuroCom LLC - 1.26 Mbps
5. Aztelekom - 1.25 Mbps
6. SMART SISTEMZ TECHNOLOJI MMM - 1.12 Mbps
7. Eurosel LLC - 1.07 Mbps
8. Stellford LLC - 0.85 Mbps
9. Azeronline Information Services - 0.85 Mbps
10. AZERTELECOM - 0.85 Mbps
11. SOL - 0.80 Mbps
12. Ultel LLC - 0.80 Mbps
13. Baksell - LTD LLC - 0.79 Mbps
14. AzEuroTel J.V. - 0.75 Mbps
15. UNINET - 0.71 Mbps
16. Baktelekom - 0.69 Mbps
17. SUPERONLAYN LTD - 0.68 Mbps
18. Azerfon LLC - 0.67 Mbps
19. PIXEL LLC0.66 Mbps
20. Azerbaijan Data Network - 0.47 Mbps