21.04.2012
HTC bundan sonra klaviaturalı model çıxarmayacaq
18.04.2012
Samsung və Apple CEO-ları görüşəcək
17.04.2012
.@Azercell də Zero Facebook xidmətini istifadəyə verdi
17.04.2012
Foursquare 20 Milyon istifadəçiyə çatdı
16.04.2012
Samsung Galaxy S3, 3 Mayda tanıdılacaq
13.04.2012
Yenilənən LiveTV.az və online yayımlar.
12.04.2012
"Google Plus" dizaynını dəyişir
11.04.2012
"Azerfon-Vodafone" bağlandı (?)
11.04.2012
GoMap.az bazasında Gürcüstanın elektron xəritəsi yaradılmışdır
11.04.2012
"Chrome OS" yeniləndi
Fontu böyüt:
Dekabrın 19-u Bakı Biznes Mərkəzində
Milli İnternet Mükafatı - Milli Net 2014 qaliblərinin təqdimetmə mərasimi
keçirilib.
Təqdimat mərasimində artıq 6-cı il keçirilən Milli Net 2014 müsabiqəsinin bu ilin
qalibləri elan olunub.
Təqdimat mərasimində Milli Net Təşkilat Komitəsi adından çıxış edən Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüz artıq 6-cı il keçirilən Milli Net
müsabiqəsi haqqında və görülmüş işlərdən məlumat verib, Milli Net-ə 14
Nominasiya üzrə 322 sayt təqdim olunduğunu və onlardan yalnız 272 saytın
yarışmaya buraxıldığını bildirib.
Osman Gündüz AİF-in 3 istiqamət üzrə peşəkarlardan formalaşdırdığı münsiflər heyəti
2-ci səsvermə prosesində 78 nominant sırasından ən yaxşılarının seçildiyini, bu
il ilk dəfə olaraq Mobil tətbiqlər və Qarabağla bağlı saytların nominasiyalara
daxil edildiyini deyib.
AİF prezidenti müsabiqəyə dəstək verən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi,
Azercell, Delta Telekom və BestComp şirkətlərinə minnətdarlığını
bildirib, 4 ay müddətində davam edən yarışmanın
uğurla başa çatdığını, müsabiqənin şəffaf və ədalətli keçirilməsi istiqamətində
bütün imkanlardan istifadə edildiyini söyləyib.
Təqdimat mərasimində Azercell şirkətinin rəsmisi Nigar Şıxlinskaya çıxış edərək
Milli Net müsabiqəsinin ölkədə internetin və bütövlükdə İKT sahəsinin
inkişafında mühüm rol oynadığını qeyd edib. O, gələcəkdə də internetin
inkişafı istiqamətində atılan addımlara dəstək verəcəklərini bildirib.
Sonra qaliblərə Mükafatların təqdim edilməsinə start verilib. Mükafatların təqdim
edilməsində internet ictimaiyyətinin, İKT sahəsində fəaliyyət göstərən dövlət və
özəl sektorun , təhsil müəssisələrinin nümayəndələri, Milli Net təşkilatçıları
iştirak edib.
Onlar Milli Net-in Azərbaycan
internetinin inkişafında ciddi əhəmiyyət daşıdığını və müsabiqənin
davamlı olmasını arzuladıqları bildiriblər. Qaliblərə Milli Net-in əsas
mükafatlarından və diplomlardan əlavə, BestComp şirkətlərinin qiymətli hədiyyələri
də təqdim olunub.
Təqdimat mərasimi qaliblərin birgə şəkil çəkdirməsi və furşetlə başa çatıb.
Qaliblərin siyahısı
millinet.az da yerləşdirilib.
Təqdimat mərasimindən hazırlanan
geniş foto-materiallar:
https://www.facebook.com/media/set/?set=a.819940544712050.1073741829.299129120126531&type=1