Fontu böyüt:
Çin höküməti milli təhlükəsizlik proqramı olan “Green Dam”ı tətbiq etməyi təxirə salıb. “Green Dam” Çin hökumətinin internetdə pornaqrafik məzmunlu informasiyalara mane olmaq məqsədilə yaradılmışdır.
Bu proqram filtirləmə tətbiqində işlədiləcəkdir. “Green Dam”ı ölkədə satılan bütün kompüterlərə yüklənilməsi planlaşdırılırdı. Lakin proses gözlənilmədən təxirə salındı.
Səbəb isə vətəndaşların ölkədə belə proqramın tətbiq edilməsinə qarşı sərt reaksiya verməsi olub. Hətta Amerika mütəxəssisləri bildirdilər ki, Çin hökuməti bununla internet üzərindən edilən ticarətə, danışmalara, sənədlərə, qısacası hər şeyə nəzarət etmək istəyir.
Dünyanın qabaqda gedən kompüter istehsalçılarından olan Dell isə belə bir açıqlama ilə çıxış edib : “Biz Çin hökumətinin uşaqları qorumaq məqsədi ilə pornoqrafik məzmunlu informasiyanın qarşısını almaq üçün etdiyi işə hörmət edirik”.